Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

16:40 20-08-2019 | icon 494 | Cəmiyyət
Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Qusarda ölkəmizin şimal sərhədlərini yüksək səviyyədə qoruyan sərhədçilərimizlə maraqlı görüşümüz oldu. Dövlət Sərhəd Mühafizəsinin 100-cü ildönümünün qeyd edildiyi bugünlərdə belə bir görüş imkanı və səmərəli müzakirələr üçün çox məmnunam. Fürsətdən istifadə edib, gecə-gündüz sərhədlərimizin keşiyini çəkən əsgərlərimizi, general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidmətinin generallarını, bütün hərbi qulluqçularını və bu işə könül vermiş hər kəsi əlamətdar yubiley münasibəti ilə ürəkdən təbrik edirəm”.

 

Versus.az-ın məlumatına görə, bunu millət vəkili, AMEA-nın professoru Qənirə Paşayeva öz sosial media hesabındakı paylaşımında bildirib. 

 

Xanım Paşayeva Dövlət Sərhəd Xidmətinin şimal sərhədlərimizi qoruyan bir qrup zabit və əsgəri ilə görüşdə onların yüksək ovqatının, vətənpərvərliyinin və peşəkar­lığının şahidi olduğunu vurğulayıb:

“Son illər cənab Ali Baş Komandanın rəhbərliyi ilə digər qoşun növlərində olduğu kimi, Sərhəd Xidmətində də ciddi yeniliklərin baş verdiyi, bu yeniliklərin həm şəxsi heyətin döyüş hazırlığı, həm də modern hərbi texnika ilə təminatı sahəsində özünü aydın göstərdiyini deməliyik. Qusarda və ümumiyyətlə şimal bölgələrimizdə sərhəd mühafizəçilərimizin bütün bu qeyd olunanlarla yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına da biganə qalmadıqları məni bir millət vəkili, bir vətəndaş kimi şad etdi. Sərhədçilərimizin verdiyi suallar da, bizim suallarımıza verilən cavablar da, onlara imzalı kitab hədiyyə etmək də mənə yaddaqalan, unudulmaz anlar bəxş etdi. Bir daha görüş təşəbbüsü, bu təşəbbüsün gerçəkləşməsi, faydalı fikir mübadiləsi üçün sərhədçilərimizə könül dolusu təşəkkürlərimi yetirirəm!

Bayramınız mübarək əziz sərhədçilər! Gün olsun Laçında, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər rayonlarımızda görüşmək nəsibimiz olsun! Əlbəttə, o gün gələcək və biz hər birimiz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməklə, vicdani məsuliyyətimizin fərqinə varmaqla, o günü daha da yaxınlaşdımış oluruq".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol