Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

16:48 20-08-2019 | icon 366 | Cəmiyyət
Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib. Qarabağ həqiqətləri ilə də bağlı Ümumdünya Qadın Sammitinin prezidenti məlumatlandırılıb.

 

Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva “sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq” deyib.

Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib. O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və Azərbaycan qadınlarına uğurlar diləyib. 

Q.Paşayeva ona Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür