Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib
Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib:
"Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib".
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”