Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

09:42 22-08-2019 | icon 4695 | Sağlamlıq
Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

Nərminə Abbasova: “Qadınlar bu xəstəliyə daha tez-tez tutulur”

 

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasından həkim-terapevt Nərminə Abbasova Versus.Az-a açıqlamasında bildirib ki, müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər:

 

“Qızılyel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur. Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcılarıdır. Lakin Qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün "əlverişli" şərait - insanın immun sisteminin zəifləməsi lazımdır”.

 

Həkim qeyd edib ki, bu xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir:

 

“Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir”.

 

Nərminə xanım Qızılyel xəstəliyinin simptomlarını sadalayıb. Bunlar aşağıdakılardır:

 

- yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır;

 

- intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma);

 

- zədələnmiş sahəyə yaxın yerləşən limfa düyünlərin böyüməsi;

 

- zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar ("dişlər" formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.

 

Həkim-terapevt xəstəliyin risk faktorlarını da sadalayıb:

 

- dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində);

 

- xroniki venoz çatışmazlığı;

 

- şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).

 

Nərminə Abbasova bildirdi ki, Qızılyel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq nahiyəsində inkişaf edir:

 

“Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər”.

 

Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etməyin vacibliyini vurğulayan Nərminə Abbasovanın sözlərinə görə, əks halda xəstəlik məsələn dərinin irinli iltihabları, yaralar, imfa damarların iltihabları, "fil xəstəliyi" və sair ağır fəsadlar verə bilər:

 

“İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda Qızılyel fonunda hətta sepsis, toksiki şok və sair ağır fəsadlar inkişaf edə bilər.

Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur”.

 

DİQQƏT!

Əgər Qızılyel xəstəliyi ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları