"Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var"

10:46 22-08-2019 | icon 49 | Siyasət
"Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var"

Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir - onlara verilən "tapşırıqları" icra etmək, bunun müqabilində "xarici dayılarından" qrantlar qoparmaq… Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. Bu gün sosial şəbəkələrdə "qəhrəmanlıq" edən belələri elə bu məkanda ayrı-ayrı insanların haqlı təzyiqlərinə məruz qalır, düz söz qarşısında əxlaqsızlıq nümayiş etdirirlər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

 

V.Rəhimzadə bildirib ki, dağıdıcıların real həyatda olduğu kimi, artıq virtual məkanda da sosial dayaqları, müdafiəçiləri yoxdur:

"Bu il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı dağıdıcı müxalifətin "düzənlədiyi" şou hərbçimizin ruhuna çox böyük hörmətsizlikdir. Bu amil bir daha sübut edir ki, onlar üçün milli-mənəvi dəyərlər adında bir şey yoxdur. "Siyasi işbaz" Əli Kərimli bu dəfə də baş verən hadisədən şou yaratmağa cəhd edib, bununla özünə xal qazanmağa çalışıb. O, hərbçilərin dəfn mərasimində müxalifətin iştirakının əngəlləndiyini bildirib və buna görə hakimiyyəti günahlandırıb. Ancaq onun bu cəhdi də uğursuz olub".

 

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Əli Kərimli və onun kimilərin xalq tərəfindən dəstəklənməməsinin bir sıra səbəbləri var:

"2016-cı ilin aprel hadisələri zamanı xalqımız böyük zəfərə sevindiyi halda, Əli Kərimli kimilər qələbənin mahiyyətini təhrif etməyə, ordumuzun uğuruna kölgə salmağa çalışdırlar. Dağıdıcılar aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin dəfn mərasimlərində iştirak edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Bununla onlar şəhidlərin ruhuna, onların doğmalarına, əzizlərinə qarşı böyük sayğısızlıq sərgiləyirdilər. Ona görə də insanlar Əli Kərimli və onun kimilərin səmimiyyətinə inanmır, haqlı olaraq onları görmək istəmirlər. Bu kimi amillər isə Əli Kərimli və onun dəstəsində böyük aqressiyaya səbəb olur və son nəticədə içlərindəki bütün kini, nifrəti xalqa, dövlətə tərəf çevirirlər. Bu və digər amillər bir daha Əli Kərimlinin yaramaz ünsür olduğunu nümayiş etdirir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik