“Real tarix və “Böyük Ermənistan” uydurması” - YENİ NƏŞR

10:46 30-03-2018 | icon 924 | Ədəbiyyat
“Real tarix və “Böyük Ermənistan” uydurması” - YENİ NƏŞR

Kitab gürcü dilində çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində çap olunub.

 

Versus.az xəbər verir ki, kitab Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi tərəfindən tərcümə və nəşr edilib. Kitabı gürcü dilinə tərcümə edən  İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyadır. 

 

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
 

 “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl ingilis, rus və ispan dillərində də nəşr olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI