"Sağlam Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir

17:17 22-08-2019 | icon 416 | Sağlamlıq
"Sağlam Ailə” Tibb Mərkəzi “Səyyar Müayinə” aksiyası keçirir

"Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır.

 

“Sağlam Ailə” Tibb Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sosial layihələr həyata keçirir. Belə layihələrdən biri də “Səyyar Müayinə” aksiyasıdır.

 

Aksiyanın keçirilməsində əsas məqsəd əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini, illərlə həkimə müraciət etməyən sakinləri müayinələrə cəlb etmək, habelə dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

 

Aksiyalar çərçivəsində “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin dəstəyi ilə Sabirabad, “ASAN XİDMƏT” ilə Lahıc, Göygöl, Ucar, Ağsu, Neftçala, Qazax, Lənkəran, Qobustan, Füzuli, Cocuqmərcanlı, Qusar, Zaqatala, Şəki, Şəmkir, Masazır, Xırdalan, Sumqayıt rayon və şəhərlərində, “Sabunçu” və “Xəzər” Rayon İcra Hakimiyyəti ilə birgə Pirəkəşkül, Qala, Mərdəkan, Şağan, Buzovna, Binə, Bakıxanov, Kürdəxanı, Pirşağı, Zabrat, Sabunçu, Balaxanı, Ramana, Bilgəh, Nardaran və Maştağa qəsəbələrində keçirilən müayinədə 12 000-dən çox vətəndaş müraciəti qeydə alınıb. Vətəndaşlar terapevt, kardioloq, ginekoloq, dermatoloq, uroloq, pediatr, oftalmoloq, endokrinoloq USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı