"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

17:49 22-08-2019 | icon 97 | KİV
"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Müşfiq Ələsgərli: "Müxalifət nümayəndələri hakimiyyətə qarşı mübarizə aparmaq üçün bundan bir “papka” kimi istifadə edirlər"

 

“Məsələ belədir ki, hər bir hadisə barədə cəmiyyətin məlumatı olmalıdır və bunu jurnalistlər etməlidir, yəni buna ümumiyyətlə, toxunmaq olmaz deyə bir şey yoxdur”.

 
 
Versus.Az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli son dövrlər cəmiyyəti narahat edən intihar hadisələri haqda danışarkən deyib. M.Ələsgərli bildirib ki, bu cür hadisələri yazarkən həssaslıq nümayiş etdirmək vacibdir:
 
 
“Təkcə intihar hadisələri deyil, ümumiyyətlə, qəddarlıqla törədilmiş kriminal və terror hadisələri barədə informasiya hazırlamaq xüsusi həssaslıq tələb edir. Bəzən buna görə jurnalistləri ittiham edirlər. Məsələn, deyirlər ki, jurnalistlər buna münasibət bildirməməlidir. Jurnalistlər isə deyir ki, xeyr, fakt varsa, yazılmalıdır. Məsələ belədir ki, hər bir hadisə barədə cəmiyyətin məlumatı olmalıdır və bunu jurnalistlər etməlidir, yəni buna ümumiyyətlə, toxunmaq olmaz deyə bir şey yoxdur. Amma ikinci bir məqam ondan ibarətdir ki, yazılan yazı hansı formada yazılmalıdır. Jurnalistlərin etik kodeksində bunlar göstərilib. O, standartlar bundan ibarətdir ki, jurnalist xüsusi qəddarlıqla törədilmiş, qan izləri və müəyyən görüntüləri olan terror və intihar hadisələri barədə məlumat verərkən həssaslıq nümayiş etdirməlidir, hadisələrin detallı təsvirini verməməlidir. Yalnız xəbər ümumi xarakter daşımalıdır. Bunu əslində peşəkar jurnalistlər bilirlər”. 
 
 
Ekspert deyib ki, bu gün təkcə jurnalistlər deyil, sosial şəbəkə istifadəçiləri də xəbər istehsal edir: 
 
“Xəbərin mənbəyi kimi jurnalistləri qınayırlar, amma son vaxtlar problem ondadır ki, təkcə jurnalistlər yox, sosial şəbəkə istifadəçilərinin hər biri xəbər istehsalçısıdır. Məsələ ondan ibarətdir ki, problemlər daha çox sosial şəbəkə və onlayn media üzərindən baş verir. Onlar çox təəssüf ki, hadisələrin detallı təsvirlərini verirlər. Bu isə yolverilməzdir, çünki cəmiyyətdə iradəsi zəif olan və alınan informasiyaların təsirinə düşən adamlar var. Ona görə də həm xəbər istehsalçıları, həm də sosial şəbəkə istifadəçiləri bu məsələylə bağlı ehtiyatlı olmalıdırlar”. 
 
 
Ekspertin sözlərinə görə bəzi müxalifət nümayəndələri bu cür hadisələrdən hökumətə qarşı istifadə edirlər. Əslində isə intihar hadisələrinin sosial-iqtisadi durumla əlaqəsi yoxdur:
 
“Təəssüfləndirici hal odur ki, son vaxtlar iki nüans da ortaya çıxıb. Ümumiyyətlə, internet üzərində bu cür xəbərləri sayı çoxalmaqdadır. İkinci bir hal odur ki, bunu müxalifət nümayəndələri hakimiyyətə qarşı mübarizə aparmaq üçün bir “papka” kimi istifadə edirlər. Onlar deyirlər ki, guya sosial-iqtisadi vəziyyət düzgün aparılmadığı üçün insanlar çətin vəziyyətə düşüb intihar edirlər. Bu isə kökündən yalnış məlumatdır və dünyanın heç yerində intihar hadisələrini sosial-iqtisadi vəziyyətlə əlaqələndirmirlər. Bu psixoloji bir məsələdir. Ona görə də prokurorluq açıqlama verərək bildirdi ki, insanlarımız bu cür hadisələrə həssas yanaşmalıdır”.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik