"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

20:21 22-08-2019 | icon 485 | Siyasət
"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

Razi Nurullayev: "Əli Kərimli "müxalifət naziri" postunu saxlamağa çalışır"

 

“Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anım günüdür. Onun ölümündən sonra xalqı toparlamaq, öncüllük etmək və səmimi liderlik xüsusiyyətləri göstərmək istəyən çox siyasətçi oldu. Amma heç kim onun zirvəsinə yetişməyi bacarmadı. Başlar bir-birini didməyə, bir-birinə şər atmağa, ləkələməyə və boş yerdən təkbaşına liderlik çəkişməsinə qarışdı".

 

Versus.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. Partiya sədrinin sözlərinə görə, onilliklər boyunca xalq da, millət də, fəallar da, sadə insanlar da siyasətdən iyrəndilər:

 

"Əli Kərimlinin AXCP-ni özəlləşdirmək istəməsi və bu gün də bu yöndə bizimlə və başqaları ilə mənasız intriqa aparması xalqın siyasətə inamını qırdı. İnamı qırılmış xalqın müqaisə etmək imkanı yarandı. Müqaisə etdi və Elçibəyin böyüklüyü qarşısında baş əydi. Bəli, Əbülfəz Elçibəy böyük bir şəxsiyyət, böyük bir öndər idi”.

 

R.Nurullayev vurğulayıb ki, bu gün Elçibəyin səmimiyyətini və öncüllüyünü daşımaq üçün AXCP-ni yeni sifətdə və yeni formatda təqdim etdik:

“Xalqa yeni mesajlar, yeni yanaşmalar və yeni siyasət verməyə çalışırıq. Qırılmış inamı bərpa etmək çətin olsa da, bu yola qədəm qoymuşuq və nəticə olacağına da inanırıq.

Rəhmətlik Elçibəy nə çox danışar, nə də lazımsız yerə çox qışqırardı. Nə lazımsız yerə adamlar həbs etdirər, nə də məntiqsiz vədlər verərdi. O sadəcə, böyük arzularını dilə gətirərdi və bu gün də o arzularını dilə gətirdiyi üçün onu tənqid edən insanlar var. Amma unudurlar ki, onun arzuları və istəkləri üzərində qurulmuş hərəkatlar, birliklər və digər qurumlar var. 

Tənqid etmək asan, amma bir cümlə müdrik söz düşünüb tapmaq belə çətindir. Öz yersiz və nəticə doğura bilməyən, o cümlədən vaxtsız-zamansız siyasi iddiasını boğub, insanları həbsdən azad etmək hər kəsin işi deyil".

 

Bu gün də "Yurd" sədrinin özünün ambisiyalarına hakim kəsilməyərək, insanları nəticəsiz mübarizəyə sövq etdiyini deyən Razi bəyin sözlərinə görə, Əli Kərimli müxalifətin birləşməsini əngəlləyir və "müxalifət naziri" postunu saxlamağa çalışır:

 

"Bu gün hamımız dərk edirik ki, zaman o zaman deyil. Bu siyasi həbslər ölkədə dirəniş və müqavimət yarada bilmir, əksinə üzdə olan siyasi fəlları da silir. Zaman o zaman deyil. Qəza keçirmiş və fiziki gücünü itirmiş xəstəni birbaşa velosipedə mindirib, "pedalı fırla, yarışa çıx, birinci yeri tut" demək olmaz. Onun əlindən tutub yatmış damarlarını hərəkətə gətirmək lazımdır. Biz bu işlə məşğuluq. Daha sizlər kimi qəza keçirmiş xəstəni velosipedə mindirib yarışı ud demirik. Həm də siz heç onun velosipedindən da yapışmırsınız, əksinə avtomobilin şüşəsini endirərək, üstünə qışqırırsınız ki, "mətanətli ol, dözümlü ol, yıxılma, yarışı qazan". O, da bir-iki metr getməmiş yeni qəza keçirir. Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir. Əbülfəz Elçibəy belə etməzdi. Biz ondan qıdalanır və ondan ruh alırıq.

Allah Böyük Bəyə rəhmət eləsin!”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”