ABŞ bölgədə Bakı və Tiflisi seçir

12:05 23-08-2019 | icon 60 | Geopolitika
ABŞ bölgədə Bakı və Tiflisi seçir

“ABŞ Rusiyanı Gürcüstanın 20% ərazisinin işğalına son qoymağa çağırır”.  Versus.Az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Morqan Orqatus dünənki brifinqdə söyləyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar işğal altındakı ərazilərdə - Abxaziya və Cənubi Osetiyada Kremlin daha da möhkəmlənmək siyasətindən, o sırada hasarların tikintisindən narahatdır.

 

“Biz bir daha Rusiyanı bu ərazilərdə qanunsuz hərəkətləri dayandırmağa, Gürcüstanın 20% ərazisinin işğalına son qoymağa, hərbi qüvvələrini konfliktə kimi olan mövqelərə çəkməyə və humanitar kömək üçün məhdudiyyətsi imkanlar yaratmağa çağırırıq”, - deyə Departament rəsmisi əlavə edib.

Bu arada ABŞ Gürcüstanda, bütövlükdə regionda öz hərbi mövcudluğunu gücləndirməkdədir. Gürcü qaynaqlarının məlumatına görə, Birləşmiş Ştatlar qonşu ölkədə tezliklə üç hərbi baza yaratmağı hədəf alıb. Bu yöndə artıq real addımlar atılmaqdadır. Bu da o deməkdir ki, bir müddət sonra Gürcüstanda Amerikanın legitim hərbi qüvvələri Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı qeyri-qanuni, işğalçı qüvvələri ilə qonşu ola bilər.    

*****   

Təbii ki, bu kimi gəlişmələr Azərbaycanın da maraqlarına təsirsiz ötüşməyəcək. Söz düşmüşkən, son vaxtlar ABŞ-ın ölkəmizə diqqəti də artıb. Vaşinqton işğalçı Ermənistana və separatçı rejimə yardımı kəskin azaltması fonunda Azərbaycana maliyyə dəstəyini əhəmiyyətli ölçüdə artırıb. Bu da gözlənildiyi kimi, İrəvanda panik ovqat yaradıb. Düşmən ölkədə haqlı olaraq, Ermənistanın bölgədə Birləşmiş Ştatlar tərəfindən çıxdaş edildiyi və ciddiyə alınmadığı qənaəti formalaşdırıb.

Hər halda, gerçək belədir ki, Güney Qafqazda işğalla bağlı “tale ortaqları” sayılan Azərbaycan və Gürcüstanın ABŞ, Qərb üçün önəmi artmaqda, adekvat surətdə təcavüzkar Ermənistanın əhəmiyyəti azalmaqdadır. Bu proses işğalçı ölkədə guya qərbyönlü Nikol Paşinyan iqtidara gələndən sonra özünü daha qabarıq büruzə verməyə başlayıb. Bu da onun göstərir ki, Ermənistan Rusiyanın siyasi-hərbi orbitində qaldıqca, Kremlin bölgədə yeganə legitim hərbi qalası rolunu oynadıqca, ABŞ-dan heç bir siyasi-hərbi və maliyyə dəstəyinə ümid edə bilməz.

Rusiya orbitindən uzaqlaşmaq üçün isə İrəvan ilk növbədə Qarabağ məsələsində konstruktiv mövqe tutmalı, bunun davamı olaraq, qonşu Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik münasibətləri qaydaya salmalıdır. Bununla bağlı ABŞ prezidenti Donald Tramp bu ilin əvvəlində baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunda, eləcə də onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən ilin oktyabrında İrəvanda olarkən açıq mətnlə bəyan ediblər.

 

Lakin bu mesajların heç birini Nikol Paşinyan ciddiyə almayıb. Əksinə, Ermənistanın təzə hökuməti də Moskva ilə yaxınlaşma kursunu davam etdirir. Hətta İrəvan Moskvanın istəyi ilə Suriyaya humanitar missiya göndərib - hansı ki, ABŞ-ın sərt reaksiyasına səbəb olub. Vaşinqton İrəvanı Amerikanın düşmənlərinə, “qaniçən Bəşər Əsəd rejiminə və Rusiyaya dəstək verməkdə” suçlayıb. Rəsmi Vaşinqtonun Gürcüstan və Azərbaycana artan diqqəti həm də Ermənistanın Rusiyaya vassal sədaqətinə cavab sayıla bilər...

*****

Əhəd Məmmədli deyib ile ilgili görsel sonucu

“Gürcüstanda ABŞ-ın hərbi bazasının yaradılması söhbətləri çoxdan gedir. Bu məsələ Saakaşvilinin vaxtından gündəmdədir”.

Bu sözləri yerli mediaya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ-ın bu istəyi İvanişvili dövründə səngisə də, son dönəm aktuallığı yenidən artıb.

“Rusiya Gürcüstanda mövqelərini qaytarmaq üçün bir neçə cəhd etdi. Lakin Tiflis buna ciddi müqavimət göstərdi: gürcü parlamentində məlum hadisə, onun ardınca rus konsulluğunun mühasirəyə alınması, müxalifətin mitinqləri və s. Muxtariyyətlərindən yalnız Acarıstanı əlində saxlayan Gürcüstan görür ki, bu bölgədə də Rusiya güclüdür və bundan narahat olmaya bilməz. Görünür ki, Gürcüstan Rusiyanın hücumlarına adekvat cavab kimi ölkəsində ABŞ bazalarının yerləşdirilməsindən başqa çarə görmür”, - deyə politoloq qeyd edib.

Gürcüstan Rusiya işğal ile ilgili görsel sonucu

Onun fikrincə, ABŞ-ın öz bazalarını Gürcüstanda yerləşdirməsi regiona heç bir təhlükə vəd eləmir: “Zatən, regionda - Ermənistanda artıq rus hərbi bazaları var. Gürcüstanda ABŞ, Azərbaycanda isə Türkiyə bazalarının olması, əksinə, bir ölkənin başqa bir ölkəyə basqısının qarşısını alacaq. Bu da Cənubi Qafqazın hansısa ölkənin vassalı olmaqdan qurtaracaq”.

Siyasi şərhçi ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsini Azərbaycanın xeyrinə olan məqam sayır: “ABŞ bazasının Azərbaycan yaxınlığında yerləşdirilməsinin bizə daha çox müsbət təsiri var, nəinki mənfi. Regionda ABŞ bazalarının olması Rusiyanın əllərini qısaldacaq. Rusiyanın Cənubi Qafqazda əllərinin qısalması isə Azərbaycanın xeyrinədir. Çünki Rusiya Azərbaycanın düşməni Ermənistanla siyasi-iqtisadi-hərbi ittifaqdadır. Düşmənimizin dostunun xeyrinə olmayan nəsə düşmənimizin də əleyhinədir. Bu isə avtomatik bizim xeyrimizə çevrilir. Sabah Qarabağ cəbhəsində hər hansı genişmiqyaslı bir hərbi əməliyyatda ABŞ-ın yaxınlıqda olması düşmənimiz Ermənistanın müttəfiqi Rusiyaya alternativ gücdür. Azərbaycan bu alternativ gücdən dolayısı ilə istifadə edə bilər. Bu həm də Türkiyə hərbi bazalarının Azərbaycana gəlişini tezləşdirə bilər. Bu isə iki NATO ölkəsinin Cənubi Qafqazda hərbi bazasının olması deməkdir. Nəticədə regionda güclərin balansı dəyişmiş olar. İndiki situasiyada regionumuzda güclərin balansının Rusiyanın əleyhinə çevrilməsi Azərbaycanın ziyanına deyil. Əlbəttə, Azərbaycan üçün Rusiya və ya ABŞ-ın heç bir fərqi yoxdur. Azərbaycan üçün əsas olan milli maraqlarıdır”.

Gürcüstan Rusiya işğal ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Rusiya mövqeyini dəyişsə və Qarabağın qaytarılmasında Azərbaycanın yanında olsa, o zaman bu, hər şeyi dəyişər: “Əgər Rusiya Azərbaycana münasibətini daha da müsbətə dəyişsə və Qarabağımızın qaytarılmasında bizə maneəçilik törətməsə, onda biz də bu məsələdə yanaşmamızı Moskvanın xeyrinə dəyişə bilərik. Azərbaycan üçün əsas öz maraqlarıdır. Rusiyaya indiki məqamda Ermənistandan çox Azərbaycan lazımdır. Düşünürəm ki, Moskva bu haqda ciddi düşünüb Bakıya dost əli uzatmalıdır. Moskva-Ankara-Bakı üçbucağı hər üç ölkə üçün ən sərfəli gedişatdır. Ankara ilə Bakı buna razıdır. Son söz indi Moskvadadır. Rusiya bu məsələdə tələsməlidir, çünki Vaşinqton Güney Qafqazın qapısını döyməkdədir”.

Bölgə ətrafındakı son mühüm gəlişmələr göstərir ki, ABŞ bölgədə strateji seçimini Azərbaycan və Gürcüstanın xeyrinə etməkdə, Ermənistan isə regionda bir az da “ofsayt” və “izqoy” duruma itələnməkdədir..."Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər