"Azərbaycanda belə bir jurnalist olmayıb"

18:59 30-03-2018 | icon 640 | Gündəm
"Azərbaycanda belə bir jurnalist olmayıb"

"Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır".

 

Versus.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə və həmin şəxsin guya jurnalist olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib:

 

"Yayılmış informasiyalarda, həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rəhim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır".

 

Şura sədri əlavə edib ki, xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var:

 

"Çox güman ki, Rəhim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol