Soyqırımla bağlı mühazirələr keçirilib

19:18 30-03-2018 | icon 612 | Təhsil
Soyqırımla bağlı mühazirələr keçirilib

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərini davam etdirir.

 

Bilik Fondundan Versus.az-a verilən məlumata görə, martın 30-da Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Bakıda 1918-ci ilin mart soyqırımı” mövzusunda mühazirəsi təşkil olunub.

Alim çıxışında bildirib ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarı” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxlu sayda yeni faktlar aşkarlanıb.

Həmin gün növbəti maarifləndirici mühazirə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində gerçəkləşib. AMEA Tarix İnstitutunun elmi işçisi Bəxtiyar Həsənov “XX əsrdə azərbaycanlılara qarşı ermənilərin apardığı etnik təmizləmə və soyqırım siyasətinin mərhələləri” mövzusunda faktlara əsaslanan fikirlər səsləndirib.

Mühazirəçi bildirib ki, son iki əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən soyqırım törətməsində məqsəd azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla uydurduqları “Böyük Ermənistan” dövlətini yaratmaq olub.

B.Həsənov bildirib ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlıları amansızlıqla qətlə yetirərək, şəhər və kəndləri yandırıblar.

 

Sonda mühazirəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür