41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi keçiriləcək

20:46 23-08-2019 | icon 743 | Cəmiyyət
41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi keçiriləcək

Məkkeyi-Mükərrəmədə Qurani-Kərimin hafizliyi, tilavəti və təfsiri üzrə 41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi keçiriləcək.

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında Səudiyyə Ərəbistanının, İki Müqəddəs Məscid Xadiminin Azərbaycan Respublikasındakı səfiri doktor Həməd bin Abdulla bin Xudeyr deyib. O, bildirib ki, 7-11 sentyabr 2019-cu il tarixində Məkkeyi-Mükərrəmədə Qurani-Kərimin hafizliyi, tilavəti və təfsiri üzrə 41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi təşkil olunacaq:

 

“Müsabiqə İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Dəvət və İrşad Nazirliyi tərəfindən təşkil ediləcək bu müsabiqənin məqsədi Qurani-Kərimin təbliği və Allah Kitabına marağın artırılmasıdır”.

 

Səfirin sözlərinə görə daha əvvəlcədən elan edildiyi kimi, bu müsabiqədə iştirak etmək istəyənlər 25 avqust 2019-cu il tarixinə kimi qeydiyyatdan keçərək, sənədlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Aganisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol