"Məqsədləri cəmiyyətdə bölücülük yaratmaqdır"

19:32 30-03-2018 | icon 541 | Gündəm
"Məqsədləri cəmiyyətdə bölücülük yaratmaqdır"

"Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır".

 

Versus.az xəbər verir ki, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

A.Aşırlı xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövləti və rəsmi şəxslər haqqında təhqiredici ifadələr səsləndirməsini ciddi şəkildə qınayıb:

 

"Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Hətta həmin insanlar xarici ölkələrdə başqa pasportlarla, başqa ad və soyadlarla fəaliyyət göstərirlər. Bəzi ziyalıların bu insanları dialoqa çağırmalarından sonra həmin ziyalılara qarşı da hücumların olması belə insanların ölkəmizə qarşı nə dərəcədə barışmaz mövqe tutduqlarını göstərir. Bu insanlar çirkin əməllərinə son qoymurlar və ona görə də biz o insanlara qarşı mübarizə aparmalıyıq”.

 

Baş redaktor təklif edib ki, bununla bağlı maarifləndirmə işi aparılsın, orta məktəbdə dərsliklərə internet media ilə bağlı materiallar salınsın:

 

“Digər bir təklifim isə odur ki, xaricdə yaşayan çox gözəl soydaşlarımız var, ölkə daxilində problemləri konstruktiv şəkildə qaldıran qüvvələr var. Təklif edirəm ki, bir vətəndaş birliyi platforması yaradılsın, Azərbaycanın maraqlarını müdafiə edən qüvvələri bir araya gətirilsin”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür