İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında Azərbaycan təmsil olunub

11:09 26-08-2019 | icon 28 | Siyasət
İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında Azərbaycan təmsil olunub

İsveçrənin Bazel şəhərində Sülh və Dialoq İnstitutu tərəfindən Bazel Qlobal Sülh Konransı təşkil edilib. Yalnız xüsusi dəvət olunanların iştirak edə bildiyi tədbirdə İsveçrənin, ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, KİV nümayəndələri, elm xadimləri, həmçinin bir sıra mötəbər QHT-lərin nümayəndələri iştirak ediblər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova "Sülhün və təhlükəsizliyin təmin olunmasında mədəniyyətlərarası dialoqun rolu" adlı sessiyada mühazirə ilə çıxış edib. Səfirin çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb, tədbir iştirakçıları tərəfindən ünvanlanmış insan hüquqları, İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi, beynəlxalq münasibətlərdə kiçik dövlət-böyük dövlət qarşıdurması, nüvə təhlükəsizliyi, Azərbaycanın xarici dövlətlərlə əlaqələri və s. mövzularda çoxsaylı suallar cavablandırıb.

 

Qeyd edilib ki, dünyada zorakı ekstremizm, ksenofobiya və ayrıseçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycanın multikulturalizm ənənələri sülh quruculuğunda mühüm rol oynaya bilər. O, bildiribdir ki, müxtəlif mədəniyyətlər, dinlər və irqlərə hörmət Azərbaycan millətinin mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanda yaşayan müxtəlif etnik və dini qruplar barədə məlumat verən X.İbrahimova yəhudi icmasına toxunaraq qeyd edib ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi məktəbi, üç uşaq bağçası və İşiva kolleci fəaliyyət göstərir. Xristian icmasının da ölkəmizdə sülh şəraitində yaşadığını söyləyən X.İbrahimova bu kontekstdə 2002-ci ildə Papa II İohan Pavelin Azərbaycana səfərinə toxunmuş, bu səfər zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda fəaliyyət göstərən Katolik Kilsəsinə torpaq sahəsinin ayrıldığını və bu sahədə Müqəddəs Məryəm Kilsəsinin Heydər Əliyev Fondu və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin maliyyə dəstəyi ilə tikilib ölkəmizin xristian icmasının istifadəsinə verildiyini bildirmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, bütün dünyada dini, mədəni və sosial obyektlərin bərpası və inşasına diqqət yetirdiyi, misal olaraq, Vatikanda kilsənin bərpası, Pakistanda məktəb tikintisi kimi layihələri uğurla başa çatdırdığı qonaqların diqqətinə çatdırılıbdır. Bundan başqa, Azərbaycanın sünni və şiələrin sülh şəraitində yaşadığı və məsciddə birgə namaz qıldıqları nadir ölkələrdən biri olduğu da vurğulanıb.

Azərbaycan Hökumətinin ölkə daxilində multikulturalizmi dövlət siyasəti elan etməklə yanaşı, ölkə xaricində də mədəniyyətləraarası dialoqu təşviq etdiyi və bu məqsədlə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı prosesinin əsasının qoyulduğu qeyd edilib. Bildirilib ki, Bakı prosesi bu gün BMT və Avropa Şurası çərçivəsində qəbul edilmiş termindir və bu proses çərçivəsində Azərbaycan Respublikasının Hökuməti və AR Mədəniyyət Nazirliyinin təşkilatçı, BMT Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaş qismində çıxış etdiyi Mədəniyyətlərarası Dialoq Forumları təşkil edilir. X.İbrahimova Bakı prosesini ölkəmizin İslam və Qərb dünyası arasında dialoqa töhfəsi kimi xarakterizə edib.

Eyni zamanda, konfrans iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının işğalı, Azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması barədə məlumatlandırılıb. Bu münaqişənin yaratdığı faciəvi nəticələrə baxmayaraq, Azərbaycanın müasir dövlət qurmağa nail olduğu və bu günki beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğu vurğulanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

"Bu, islahat deyil, utancverici göstəricidir"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

"Bəs Əli Kərimli niyə susur?"

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik