Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT 

14:20 26-08-2019 | icon 653 | Sağlamlıq
Qadınlarda bir çox xəstəliyi müalicə edən SADƏ HƏRƏKƏT 

Sidik qaçırma problemi bir çox qadının həyatını kabusa çevirən xəstəlikdir. Hər 100 qadından 30-da sidik qaçırma problemi var. Türkiyəli məşhur ginekoloq Taner Usta kegel məşqinin sidik qaçırma probleminin müalicəsində effektiv nəticələr verdiyini bildirib.

Qadınlarda sidikqaçırmanın əsas səbəbləri hamiləlik və doğuşlar, menopauza (klimaks) dövrü, sidik yollarının xronik xəstəlikləri və infeksiyalaşması, uşaqlıq yolu və digər ətraf orqanlarda aparılmış cərrahi əməliyyatlar, xronik qəbizlik, artıq çəki, uşaqlığın sallanması (prolapsus uteri), sidik kisəsinin (sistosele) və bağırsağın sallanması (rektosele) və sairə ola bilər. Daha çox menopauza (klimaks) və doğuş travmaları olan qadınlarda rast gəlinir. Əsasən yaşlı qadınlarda rast gəlinən problem əzələlər tonusdan düşdüyü zaman üzə çıxır.

 

Versus.Az xəbər verir ki, mütəxəssis sidikqaçırma probleminin həllində məşqlərin xüsusi rolu olduğunu, uşaqlıq və sidik kisəsi sallanmasının qarşısını aldığını vurğulayıb.

 

Pelvik əzələləri cinsi orqanları, bağırsaqları və sidik kisəsini dəstəkləyir. Bu nahiyədə yerləşən əzələlər zamanla öz vəzifəsini yerinə yetirə bilmir və zəifləməyə başlayır. Əzələlərin gücünü itirməməsi və vəzifəsini yerinə yetirməyə davam etməsi üçün kegel məşqi olduqca faydalıdır. Bu məşq genital bölgədə olan əzələləri gücləndirir və nəticədə sidikqaçırma probleminin qarşısını alır. Məşqlərlə həyat səviyyəsini xeyli artırmaq olar.

Bunun üçün pelvik əzələləri müntəzəm fasilələrlə sıxın və boşaldın. Əzələləri 5 saniyəlik periodlarla hər gün 10 dəfə olmaqla gündə 3 dəfə təkrar edin. Bir müddət sonra məşq sayını artırın.

 

Kegel məşqlərini edərkən pelvik əzələlərinə təzyiq edən hərəkətlərdən və vəziyyətlərdən uzaqlaşmaq lazımdır. Qəbizlik pelvik əzələlərin zəifləməsinə səbəb olur, aerobika məşqləri, hamiləlik, stress, köklük, sidikqovucu vasitələr və dərmanlar bu əzələlərin güc itirməsinə səbəb ola bilər. Odur ki, əzələləri gücləndirmək üçün həyat tərzinizi də qaydaya salmaq önəmlidir. (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI