Rusya təzədən ABŞ – a güc gəlməyə, qol vurmağa çalışır

14:52 26-08-2019 | icon 1023 | Geopolitika
Rusya təzədən ABŞ – a güc gəlməyə, qol vurmağa çalışır

Rusya təzədən ABŞ – a güc gəlməyə, qol vurmağa çalışır.

Bu sözləri Türkiyə saytlarına açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Ramiyə Məmmədova deyib.

O, bildirib ki, ABŞ – ı oyundan kənarda saxlamağa çalışan Rusiya s-400 hava hücumundan müdafiə qurğularını Türkiyəyə satdıqdan sonra indi də dünya ictimaiyyətinin diqqətini ABŞ – ın f-35 – lərinə qarşı istehsal edəcəyi su 57 – lərə çəkmək istəyir və bildirir ki, çox yaxında bu qırıcıları dövriyyəyə buraxacaq.

Politoloq onu da vurğulayıb ki, artıq əvvəlki geosiyasi və hərbi gücünü ortaya qoymağa çalışan Rusiya özünün istehsal etdiyi hərbi texnikaları ilə də dünya bazarını ələ almağa çalışır: “Dünyanın ən qabaqcıl silah arsenalından daha keyfiyyətli və daha ucuz silah istehsal etdiyini deyən Rusiya bunun sadəcə iqtisadiyyata maraqlara söykəndiyini vurğulayır. Artıq Çin belə istehlına başlanacaq su 57 təyyarələri ilə maraqlanmağa başlayıb. Bu isə o deməkdir ki, hərbi güc baxımıdan ABŞ ilə kəllə kəlləyə gəlməyə hazır olan Rusiya yenidən özü üçün dünyanın ikinci super gücü adını qazanmaq üçün səy göstərir. ABŞ – dan fərqli olaraq Rusiya özünün iqtisadi maraqlarını qorumaq şərti ilə istehsal etdiyi, eyni zamanda istehsal edəcəyi hərbi sursatları, su 57 qırıcıları da daxil olmaqla başqa dövlətlərə hətta kreditlə belə sata biləcəyini qeyd edir. Və eyni zamanda həmin texnikaların yüksək əviyyədə piarını aparan Rusiya bu silahların ABŞ – ın istehsal etdiyi silahlardan hansı parametrləri ilə fərqləndiyini də xüsusi ilə vurğulayır. S 400 lərə görə əgər Türkiyə ABŞ – ın təşkil etdiyi f 35 lərlə bağlı proqramlardan çıxarılarsa, o zaman rəsmi Ankara heç şübhəsiz su 57 ləri almaq haqqında düşünəcək. Lakin bunu siyasi deyil, sırf iqtisadi və təhlükəsizlik aspektindən dəyərləndirmək lazımdır. Türkiyə bu təyyarələri almadan öncə onun bütün parametrlərini incələməli və ona görə verməlidir. Türkiyənin bu gün NATO – nun ən güclü ordusuna sahib olduğunu düşünsək, o zaman rəsmi Ankaranın silahlanma məsələsində olduqca ehtiyatlı olmalı olduğunu da nəzərə almalıyıq. Eyni zamanda alınan silahlar NATO ordusunda istifadə edilib edilməyəcəyi də önəmlidir. Heç şübhəsiz bu silahları ABŞ qəbul etməyəcək və qarşıya bır sıra problemlər çıxacaq. Amma bir gerçəklik var ki, hər iki NATO çərçivəsində hərəkət etdikləri üçün nə ABŞ Türkiyədən, nə də Türkiyədə ABŞ – dan üz döndərən deyil. Nə qədər fikir ayrılıqları olmuş olsa belə, bu iki dövlətin bərabər addımlayacaqları bir reallıqdır və bu reallığı heç nə poza bilməz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı