Axşam yeməyi zamanı buna diqqət edin - Həkim

15:16 26-08-2019 | icon 497 | Sağlamlıq
Axşam yeməyi zamanı buna diqqət edin - Həkim

Zaman keçdikcə həyat şərtləri dəyişir, biri deyir axşamlar yemək olmaz, biri isə deyir olar, başqa biri axşamlar meyvə yemək olar deyir, başqa birisi olmaz deyir. Bunu daha da uzatmaq olar, məsələn, su içmək, şərbətlər içmək, şirin və ya turş meyvələr yemək - bütün bunlar həqiqətən günümüzdə hər gün müzakirə olunan mövzulardır.

 

Versus.Az bildirir ki, bu sözləri axar.az-a həkim Füzuli Hüseynov deyib. O bildirib ki, tarixən Qafqaz xalqları ən ləziz yeməklərini axşamlar yeyiblər:

"İndi əksər dietoloqlar axşam yeməyinin qəti əleyhinədirlər və ya axşamlar sadəcə salatlarla kifayətlənməyi məsləhət görürlər.

Lakin dinimizdə də axşam yeməyinə çox önəm verilib. Sevimli Peyğəmbərimiz "Axşam yeməyini buraxmayın, bir ovuc xurma da olsa axşam yeyin. Çünki axşam yeməyini tərk etmək, insana vaxtından əvvəl qocalıq gətirər" deyə buyurub. Bəli, şam etmək lazımdır. Lakin sadəcə diqqət olunası məsələlər var. Axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl yeyin, suyu yeməkdən sonra için, meyvəni yeməkdən 1-2 saat sonra yeyin, çünki meyvələrin həzmi daha tezdir. Yemək yeyən kimi yatanda həm bədəndə piylənmə gedir, həm də maddələr mübadiləsi pozulur. Həmçinin, yeyən kimi yatanda yuxu dərin olmur".

Həkim onu da bildirib ki, su içib yatmaq böyrəklərə ziyanlıdır:

 

"Bəzi adamlar yuxudan ayılan kimi su içib yenə yatırlar, bu da düzgün deyil, hətta bu haqda hədis də vardır. Deməli, hər iki yuxu arasında suyun içilməsi, böyrəklərin tez sıradan çıxmasına səbəb olur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir