“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək

15:59 26-08-2019 | icon 505 | Mədəniyyət
“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək

2019-cu il sentyabrın 2-dən 5-dək olan tarixlərdə “Narimanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin, AR Kinematoqrafçılar İttifaqının dəstəyi və “Pasha Holding” MMC-nin və bir çox digər təşkilatların sponsorluğu ilə “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalını keçirir. Festivalda 300-ə qədər 13-17 yaş həddini əhatə edən yeniyetmə iştirak edəcək. Festivala 10-a yaxın xarici ölkədən olan gənclər dəvətlidirlər.

 

Festival ərəfəsində yeniyetmələr dünya kinematoqrafiyasının nümunələrini seyr edəcək, onları müzakirə edəcək və jüri kimi səs verərək qalibləri müəyyən edəcəklər. Bu günlərdə filmlərin nümayişləri, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar həyata keçiriləcək.

 

“Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalının əsas məqsədi gəncliyimizin milli-mənəvi və ümümdünya dəyərlərinə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, vətənimizin mədəniyyətinin təbliği, həmçinin, festivalın xarici iştirakçılarının vasitəçiliyi sayəsində dünya ölkələrində Azərbaycan haqqında müsbət ictimai fikrin formalaşmasına yardımçı olmaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizi 2 sentyabr 2019-cu il tarixində saat 11.00-da CinemaPlus Amburan Mall-da baş tutacaq festivalın açılış mərasiminə dəvət edirik. Açılış mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, bir neçə xarici ölkələrin Azərbaycandakı Səfirləri və ölkəmizin görkəmli ictimai xadimləri iştirak edəcəklər. Akkreditasiya keçmək üçün 25.08.2019 tarixinədək "Narimanfilm" kinostudiyasına müraciət etmək lazımdır (əlaqə nömrəsi: +99412 5643809, +994556716335).

 

Festival keçən məkanda yer məhdudluğunu nəzərə alaraq, xahiş edirik ki, akkreditasiya keçərkən açılışa gələn şəxslərin sayını dəqiq qeyd edəsiniz(+1 dən artıq olmamaq şərtilə).

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı