Bədii gimnastlarımız “Challenge” seriyasına aid Dünya Kubokunu 3 medalla bitirib

16:09 26-08-2019 | icon 994 | İdman
Bədii gimnastlarımız “Challenge” seriyasına aid Dünya Kubokunu 3 medalla bitirib

Bu gün Rumıniyanın Kluj şəhərində bədii gimnastika üzrə “Challenge” seiyasında aid Dünya Kuboku yekunlaşıb.

 

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət qrup hərəkətləri komandamız kubokda ilk olaraq, çoxnövçülük proqramında 49.950 xalla gümüş medal qazanıblar. Kubokun son günü isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirilib. Qızlarımızın ikinci gümüş medalı da məhz elə 5 topla çıxışlarına görə olub (26.100). Qrup komandamızın gürzlər və halqa ilə icra etdiyi kompozisiyaları onlara kubokun bürünc medalını qazandırıb (24.650).

 

Fərdi proqramda çıxış edən gimnastlarımızdan isə ən yaxşı nəticə Zöhrə Ağamirovaya aid olub. Belə ki, Zöhrə topla final çıxışına görə 19.800 xalla 7-ci yerdə qərarlaşıb.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı