Xüsusi həssaslıq və peşəkarlıq

21:30 30-03-2018 | icon 988 | Kürsü
Xüsusi həssaslıq və peşəkarlıq

Müdafiə nazirliyi silahların keyfiyyəti məsələsinə xüsusi önəm verir

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Son günlər bəzi xarici KİV-lər, xüsusən də Belarus mətbuatı Azərbaycanın Rusiyadan aldığı silahların keyfiyyətsiz olması iddiasını ortaya atıblar.

Məqsəd məlumdur. Bəzi gizli dairələr bununla Rusiya ilə Azərbaycanın hərbi-siyasi əlaqələrini zədələməyə çalışırlar. Heç kimə sirr deyil ki, Rusiya Azərbaycanın ciddi hərbi strateji əməkdaşıdır. Ancaq göründüyü kimi, bu əməkdaşlıq hansısa dairələri qane etmir və onlar sifarişli, qərəzli yazılar vasitəsilə süni gündəm, yersiz ajiotaj yaradır, əsassız şayiələr yayırlar.

Azərbaycanın Müdafiə Nazirliyi məsələyə operativ reaksiya verməklə və tutarlı əks-arqumentlərlə təbii ki, bu şayiələri alt-üst etdi. Nazirlik haqlı olaraq qeyd etdi ki, son günlər xarici və yerli KİV-lərdə Azərbaycanın Rusiyadan aldığı silahların yararsız olması ilə bağlı yayılan fikirlər hamısı şayiədir və təxribat xarakteri daşıyır.

 

Mən hesab edirəm ki, bu cür şayiələr həm də bizim Müdafiə Nazirliyinin ordumuzun keyfiyyətli döyüş silahları ilə təchiz edilməsi sahəsindəki uğurlu fəaliyyətlərinə kölgə salmağa xidmət edir. Ancaq halbuki Müdafiə Nazirliyi silahların keyfiyyəti məsələsinə xüsusi həssaslıqla və peşəkarcasına yanaşır. Belə ki, sözügedən nazirlik işğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri, silah və sursatları diqqətlə seçərək əldə etməyə çalışır. Bu mənada, bu gün Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə tam cavab verir. Bunu çoxsaylı ekspertiza rəyləri ilə də sübut etmək mümkündür.


Birdə ki, Rusiya nəyə görə Azərbaycana keyfiyyətsiz silah verməlidir ki? Bəyəm Kreml rəhbərliyi və Rusiya HSK (Hərbi Sənaye Kompleksi) elitasına daxil olan generallar o dərəcədəmi sadəlövh və ağılsızdırlar ki, Azərbaycan kimi potensial silah alıcısına keyfiyyətsiz silahlar "sırımaq"la onu Rusiyadan küsdürsünlər və Azərbaycanın simasında çox etibarlı alıcını, müştərini itirsinlər? Bu bir aksiomadır ki, Rusiya Azərbaycana keyfiyyətsiz silahlar ixrac etsə, nəticədə dünya silah bazarında öz rəqiblərinə məğlub olacaq və təbii ki, Azərbaycan da alternativ mənbələr axtaracaq, İsrail, Türkiyə, Pakistan, Ukrayna, Çin kimi iri silah istehsalçılarıyla əməkdaşlığı genişləndirməyə üstünlük verəcək. Rusiya rəsmiləri də bunu yaxşı başa düşür və ona görə də Azərbaycanın maraqlarını nəzərə alır, Azərbaycana çox ciddi bir partnyor kimi hörmətlə yanaşırlar.

Bu baxımdan biz bəzi KİV-lərin və siyasi dairələrin silahların keyfiyyətsizliyi barədə yaratdıqları süni ajiotajı ciddiyə almamalıyıq. Bütün bunlar spekulyasiyadan başqa bir şey deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol