Mehriban xanım Əliyevaya ad günü təbrikindən

11:35 27-08-2019 | icon 838 | Cəmiyyət
Mehriban xanım Əliyevaya ad günü təbrikindən

Elmimiz təhlükə qarşısındadır!

 

Hörmətli Mehriban xanım!

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm, can sağlığı, vətənimiz Azərbaycan naminə uğurlar arzulayıram.

 

 Azərbaycan elminin inkişafı, Azərbaycan alimlərinin rifahı naminə nəzərinizə çatdırıram ki, dünya ölkələrinin əksəriyyətində elm adamlarının əmək haqqları həmin ökələrdəki məmurların əmək haqqlarından yüksəkdir. Elmimizin mərkəzi və bayraqdarı olan Azərbaycan Milli Elmlər Akademiyasında isə elmimizin aparıcı qüvvəsi olan fəlsəfə doktorları və elmlər doktorlarının əmək haqqları dünya ölkələrindəki elm adamları ilə müqayisədə 10 dəfələrlə aşağı olmaqla, respublikamızın universitetləri ilə müqayisədə də 2 dəfə azdır.

 

Elmimizin digər mühüm problemi AMEA Fizika İnstitutunun, Astrofizika İnstitutunun, Kimya İnstitutunun və s. maddi-texniki bazasının aşınmasıdır. Bu səbəbdən elmimiz təhlükə qarşısındadır.

 

Hörmətli Mehriban xanım!

 Azərbaycanın və Azərbaycan elminin inkişafı naminə Sizdən xahiş edirəm elmimizin mərkəzi AMEA-da orta aylıq əməkhaqqının 1000 manata qədər yüksəldilməsi üçün hörmətli Prezidentimizin Sərəncam verməsinə yardımçı olasınız.

 

Sizdən xahiş edirəm AMEA-nın maddi-texniki bazasının yenilənməsi, institutların müasir cihazlarla təmin edilməsi naminə bu ilin büdcəsindən ilk 3 ildə hər il 100 milyon manat ayrılması üçün yardımçı olasınız.

 

Sizdən xahiş edirəm AMEA institutlarının müasir cihazlarla təmin olunması üçün ayrılan vəsaitlərin xərclənməsi işini əli təmiz olan insanlara tapşırasınız!

 

Dərin hörmət və ehtiramla,

Sizə Azərbaycan naminə uğurlar arzulayan

Prof.Dr. Qüdrət İsaqov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı