“İranda daha gözəl islahatlara ümid edirəm”

12:34 27-08-2019 | icon 451 | Siyasət
“İranda daha gözəl islahatlara ümid edirəm”

Razi Nurullayev: “İranda Azərbaycan türkcəsində dərslərin keçirilməsi qərarını alqışlayıram”

 

“İranda Azərbaycan türkcəsində dərslərin keçirilməsinə icazə verilməsi gözəl addımdır və bunu alqışlayırıq”.

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edib ki, son zamanlar İran İslam Respublikasında normal hadisələr baş verir. O, gələcəkdə daha gözəl islahatların da şahidi olacağımıza inanmaq istədiyini vurğulayıb:

 

“Son iki ayda ora səyahət edən blogerlərin, Tv-lərin onlarla sənədli filmlərinə baxmışam. Bir videoda belə Azərbaycan adı, orada yaşayan soydaşlarımızla bağlı kiçik bir xatırlatma da yoxdur. Amma başqa kiçik xalqlardan bolluca danışılır. Məndə belə fikir yaranıb ki, onlar çəkilişə icazə alanda Azərbaycan türklərinin tarixi, yaşayışı barədə danışmamaq barədə öhdəlik alınır. Necə olur ki, işğalçı qonşumuz haqqında danışılır, hansı ki, onların bu coğrafiyada heç bir xidmətləri yoxdur. İran dövlətinin yaranmasında, inkişaf etdirilməsində və bu gün də dövlətçiliyi çiyində daşımaqda farslarla bərabər məhrumiyyətlər çəkən soydaşlarımızın adının çəkilməməsi, onlara qadağalar tətbiq edilməsi, televiziya çəkilişlərində bu xalqın adının çəkilməsinə qadağa qoyulması necə ədalətli ola bilər? Ümid edək ki, bu tip məsələlər də yaxınlarda ədalətli həllini tapacaqdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı