Amazon meşələri dünyanın diqqətində

12:41 27-08-2019 | icon 4036 | Dünya
Amazon meşələri dünyanın diqqətində

İlin ən isti ayı hesab olunan avqust həm də əksər ölkələrdə meşə yanğınları ilə müşayiət olunmasıyla fərqlənir. Hazırda Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə, nəhayət, Cənubi Amerika ölkələri meşə yanğınları ilə mübarizə aparmaqdadılar. Yanğınlar hər yerdə baş versə də, onlardan yalnız Amazon meşələrindəki yanğın dünyanın diqqətindədir. Bu yanğınlarla mübarizə Böyük Yeddilik ölkələrinin Fransada keçirilən zirvə görüşündə də müzakirə olunub. Nədir Amazon meşələrindəki yanğınları belə təhlükəli edən? Niyə dünyanın yeddi ən böyük ölkəsi bu meşələrin mühafizəsi üçün təcili addımlar atmağa hazırdılar?

 

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən bəri Braziliya Kosmik Tədqiqatlar İnstitutu tərəfindən Amazonun bu ölkəyə düşən hissəsində 73 min yanğın faktı qeydə alınıb. Meşəni ağuşuna alan yanğının yaratdığı qatı tüstü dumanını hətta kosmosdan da görmək olur. Bu, ötən ilin eyni dövründə qeydə alınmış 39 min yanğından 82 faiz çoxdur.

Təbiətin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlar yanğınların belə vüsət almasının əsas günahkarı kimi Braziliyanın yeni prezidenti Jair Bolsonarı göstərirlər. Belə ki, Jair Bolsonar və onun kabinetinin əsas üzvləri qlobal iqlim dəyişikliyi ideyasını qəbul etməyərək, onun nəticələrinə dair araşdırmaları lağa qoyurlar.

Seçkiqabağı təbliğat dövründə Bolsonar Amazon meşələrini biznes (kənd təsərrüfatı ilə məşğul olanlar, faydalı qazıntı hasilatçıları) üçün daha əlçatan edəcəyini vəd etmişdi. O, vədinə əməl etməyə başlayıb: prezident kürsüsündə oturandan bəri meşələrin fermerlər tərəfindən məhvi prosesi xeyli sürətlənib. Getdikcə daha böyük ərazilərdə meşələrin yerində əkinlər və heyvan sürüləri peyda olmaqdadır.

İndiki yanğınlar 2016-cı ildən bəri ən genişmiqyaslı yanğnlar hesab olunur. Onda yanvar-avqustda 66,5 min yanğın hadisəsi qeydə alınmışdı. Lakin builki yanğınlar rekord da sayılmaz. Belə ki, müşahidələr başlanandan indiyə Braziliyada qeydə alınan meşə yanğınlarının orta illik sayı 46,5 mindir. Bu sahədə rekord 2007-ci ildə qeydə alınıb - 91 min yanğın hadisəsi ilə.

meşə yanğınları ile ilgili görsel sonucu

Adətən belə çoxsaylı meşə yanğınları quraqlıq dövrdə qeydə alınır. Lakin məsələ burasındadır ki, bu il Braziliyada yağıntılar kifayət qədər bol olub. Bu isə yanğınların quraqlıqdan irəli gəlməyərək, məqsədyönlü şəkildə törədildiyindən xəbər verir.

Braziliyanın Boliviya ilə sərhədindəki Rondoniya ştatından başlayan yanğınlardan yaranan qatı tüstü 2 min kilometr şərqə doğru irəliləyərək San-Paulu şəhərinə çatıb. Nəticədə günorta saatları olmasına baxmayaraq, günəşin qarşısını kəsən tüstü şəhəri gecə qaranlığına qərq edib.

Greenpeace Braziliyanın rəhbəri Marsiu Astrini bildirib ki, yanğınlar prezident Bolsonarın yürütdüyü siyasətin nəticəsidir. Cavabında prezident iddia edib ki, yanğınları onun seçilməsinə qarşı olan beynəlxalq təşkilatlar törədib ki, onu ictimaiyyət arasında nüfuzdan salsınlar. Bu zaman prezident dediklərinə dair hər hansı sübuta malik olmadığını da etiraf edib.

Yuxarıda da qeyd etdik ki, builki yanğınlar bütün dünyanın diqqətini cəlb etməsi ilə fərqlənir. Twitter-də  yaradılan #savebrazil - “Braziliyanı Xilas edin!” haşdaqı getdikcə daha böyük populyarlıq qazanmaqdadır. Braziliyalı model Adriana Lima, müğənni Adiana Qrande, aktrisalar Noa Sayrus, Nataliya Reyes, Demi Lovato kimi məşhurlar haşdaqa qoşulublar.

Fransa prezidenti Emmanuel Makron G-7 zirvəsi öncəsi twitter hesabında  Amazon meşələrindəki yanğınlarla bağlı narahatlığını ifadə edib və “Böyük yeddilik” ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb: “Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya - planetimizin 20 faiz oksigen istehsal edən ağciyərləri yanır. Bu beynəlxalq bir böhrandır. G-7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk”.

meşə yanğınları ile ilgili görsel sonucu

Braziliya prezidenti isə Makronun bu paylaşımını “müstəmləkəçi” təfəkkürün məhsulu adlandıraraq, etirazını bildirmişdi. Buna baxmayaraq, G-7-nin toplantısında məsələ ciddi şəkildə müzakirə olunub. Bu  barədə mətbuata Fransa prezidenti məlumat verib. Onun sözlərinə görə, G-7 üzvləri meşə yanğınları ilə mübarizə sahəsində Amazoniya ölkələrinə dəstək verilməsi barədə razılığa gəliblər: “Razılaşmaya əsasən biz yanğından əziyyət çəkən ölkələrə mümkün qədər qısa müddət ərzində yardım etməyə hazırıq. Onların sayı bir neçədir. Hazırda bizim komanda üzvlərimiz Amazoniya ölkələri ilə təmaslara başlayıblar ki, yardım üçün texniki və maliyyə resursları baxımından öhdəlikləri dəqiq müəyyənləşdirək”.

Makron Fransanın Amazoniyaya daxil olan 9 ölkədən biri olduğunu xüsusi vurğulayıb - Fransız Qvianasını xatırlatmaqla: “Hazırda biz həmin ölkələrə effekltiv beynəlxalq dəstək mexanizmi üzərində işləyirik - əlbəttə, özlərinin iştirakı ilə”.

G-7 müzakirələri və beynəlxalq təzyiqlərdən sonra Braziliya prezidenti meşə yanğınları ilə mübarizəyə ordu hissələrini də yönləndirib.

Bəşəriyyətin “oksigen yastığı”

Amazon meşələri yer kürəsinin “oksigen yastığı” adlandırılır. Məsələ burasındadır ki, Amazon dünyanın sahəsinə görə ən böyük tropik meşəsidir - 6,7 milyon  kvadratkilometr ərazisi ilə. Bu meşələr dünyanın ən bolsulu çayı olan Amazon çayı boyunca, onun vadisində yerləşir. Bu çay 2011-ci ildə dünyanın 7 möcüzəsindən biri elan edilib. Çayın özü və qolları uzunluğu 25 min kilometrdən çox olan cu yolu yaradır. Okeana töküldüyü yerdə çayın dırinliyi 100 metri keçir. Quraqlıq dövründə çayın eni 11 kilometrə çatmaqla 110 min kvadratkilometr ərazini örtür. Yağışlar mövsümündə isə bu sahə 3 dəfə böyüyür, çayda suyun səviyyəsi 20 metrə qədər yüksəlir.

meşə yanğınları ile ilgili görsel sonucu

Amazon meşələrinin 60 faizi Braziliyanın ərazisinə düşür. Elə kənd təsərrüfatı, faydalı qazıntı hasilatı məqsədilə meşələrin məhvi də ən çox bu ölkənin ərazisində qeydə alınır. Fermerlər hər il özlərinə əlavə sahələr açmaq üçün “Atəş günü” deyilən gecə yanğınları təşkil edirlər. Bu il belə yanğınlar avqustun 10-11-də eyni vaxtda bir neçə min ərazidə təşkil edilib.

Amazon meşələrində elə hindu tayfaları yaşayır ki, hələ də sivilizasiya ilə təmasda olmayıblar. Bu meşələrdə 400-500 hindu qəbiləsi yaşayır. Onlardan 75-ə yaxını, ümumiyyətlə, ətraf aləmlə heç bir kontakt qurmadan həyat sürür. Ümumilikdə bu meşələrdə yaşayan hinduların sayı 400 min nəfərdən yuxarıdır.

Amazon cəngəlliklərində insanların məskunlaşma tarixi 11200 il əvvələ gedib çıxır. Meşələrin özlərinin yaşı isə 55 milyon  ildən yuxarıdır. Bu meşələr Yer kürəsində mövcud olan tropik meşə sahəsinin yarıdan çoxunu əhatə edir. Planetimizin oksigen təminatının 20 faizi bu meşələrin payına düşür, ona görə də onları “planetin ağciyərləri” adlandırırlar.

Amazon çayı okeana dünyada mövcud olan çay sularının beşdə birini axıdır. Çay və onun qolları suyu 9 ölkənin - Peru, Braziliya, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinama və Fransa Qvianası - ərazisindən toplayaraq okeana daşıyırlar.

Amazoniya meşələri bioloji müxtəlifliyinə görə ən zəngin meşə hesab olunur: 150 min bitki, 75 min ağac, 1300 quş, 3000 balıq, 2,5 milyon həşərat növü ilə.

Hazırda dünya əhalisinin qidalandığı ərzaqların 80 faizi məhz tropik meşələrdən gəlmədir -  düyü, kartof, banan, kofe, şokolad, qarğıdalı, ananas və sair.

2018-ci ildə alimlərin apardığı hesablamalar göstərib ki, artıq Amazon meşələrinin 17 faizi bərpaolunmaz formada məhv edilib. Daha 8 faizə yaxın ərazini də eyni aqibət gözləyir. Bu isə yalnız Amazoniya sakinlərini deyil, Yer kürəsinin oksigenlə təminatı baxımından bütün bəşəriyyəti narahat edən bir problemdir. Uzun illərdir dünya alimləri Amazoniya ölkələrini meşələri məhv etməkdən çəkindirmək üçün effektiv yolların tapılmasına səsləyirlər. Lakin hər il on min hektarlarla ərazi ya əkinə, ya da otlağa çevrilməyə davam edir. İnsan oğlu atmosferə istixana qazları buraxmaqla kifayətlənməyib, onun təbii oksigen təchizatçısını da sıradan çıxarmağa girişib. Yaxınmüddətli dövrdə durdurulmasa, bu proses qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini daha da gücləndirəcək.../Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı