Kifayət qədər ağır və yayılmış xəstəlik

13:07 27-08-2019 | icon 1357 | Sağlamlıq
Kifayət qədər ağır və yayılmış xəstəlik

Nərminə Abbasova: “Bu xəstəlik həm qadınlara, həm kişilərə və hər yaşa təsir göstərir”

 

Sətəlcəmin müalicəsinin digər xəstəliklərin müalicəsi kimi özünəməxsus xüsusiyyətləri var. Tibbi taktikada xəstəliyin mərhələsi, kursun xüsusiyyətləri, xəstənin vəziyyəti və s. kimi çox meyarlar nəzərə alınır.

 

Mövzu ilə bağlı Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasından həkim-terapevt Nərminə Abbasova bildirdi ki, müalicədən bəhs etməzdən öncə ağciyər iltihabının nə olduğunu, nə üçün meydana gəldiyini və bu prosesdə hansı mexanizmlərin iştirak etdiyini anlamaq lazımdır.

 

Həkim-terapevt bildirdi ki, Ağciyərlərin iltihabı və ya pnevmoniya, tənəffüs sisteminin xəstəlikləri arasında tez-tez baş verən bir xəstəlikdir. Bu xəstəlik həm qadınlara, həm də kişilərə və hər yaşa təsir göstərir:

 

“Pnevmoniyanın 3 növü var:

akut pnevmoniya; uzun müddət sətəlcəm; kronik pnevmoniya.

Akut pnevmoniya ağciyər toxumasının bütün struktur elementlərinin təsirinə məruz qalan kəskin iltihablı-yoluxucu xəstəlikdir və sonuncu inflamatuar eksudatda (sıvı) meydana gəldikdə, alveolun iltihab prosesində iştirakı vacibdir. Patogenetik və epidemioloji prinsiplərdən asılı olaraq, cəmiyyətdən əldə edilən pnevmoniya, Nosokomial pnevmoniya, İmmun çatışmazlıq vəziyyətində sətəlcəm, Atipik axan sətəlcəm kimi növlərdə kəskin pnevmoniya fərqlənir”.

 

Ümumiyyətlə, tənəffüs sistemi üzvləri, həmçinin onlardan biri olan ağ ciyərlər infeksion xəstəliklərə qarşı çox zəif hesab edilir. Nərminə xanım qeyd edib ki, yuxarı tənəffüs yollarına - burun-udlaq, qırtlaq, traxeya - düşən viruslar və mikroblar onların iltihablaşmasına səbəb ola bilərlər:

 

“Müəyyən şəraitdə - immunitetin zəifləməsi, mikrobların yüksək aktivliyə malik olması və sair bu kimi hallarda - iltihabi proses yuxarı tənəffüs yollarından aşağıya da yayıla bilər. Bəzi hallarda proses bronxların selikli qişasının iltihablaşması ilə başa çatır, bir çox hallarda isə proses bununla məhdudlaşmayaraq daha da ağırlaşır, ağ ciyərin öz toxumasını da zədələyərək pnevmoniyaya səbəb olur. Bu isə kifayət qədər ağır və əfsuslar olsun ki, yayılmış xəstəlikdir”.

 

Həkim-terapevt deyir ki, Pnevmoniya adətən öz-özünə əmələ gəlmir. Belə ki xəstəlik tənəffüs yollarının hər hansı bir digər xəstəliklərinin (faringit, laringit, bronxit, kəskin respirator virus infeksiyası, qripp) fəsadı kimi inkişaf edir.

Həkim ağ ciyərlərin iltihabının baş verməsinə şübhə yaradan əlamətləri də qeyd edib:

 

“Öskürək xəstəliyin əsas əlamətidir. Soyuqdəymə zamanı xəstənin ümumi vəziyyətinin müvəqqəti yaxşılaşmasından sonra onun vəziyyətinin yenidən pisləşməsi və ya 7 gündən artıq davam edən istənilən “soyuqdəymə xəstəliyi” də əlamətlərdən biridir. Eyni zamanda, dərindən nəfəs almanın mümkün olmaması – hər bir belə cəhd öskürək tutmasının baş verməsinə səbəb olur. Kəskin virus infeksiyasının digər əlamətləri fonunda (hərarət, zökəm, öskürək) dəri örtüyünün avazımasını qeyd etmək olar. Temperaturun yüksək olmadığı halda təngnəfəsliyin baş verməsi, hərarəti aşağı salan dərman preparatlarının bədəndə olan yüksək temperaturu aşağı sala bilməməsi və temperaturun bir neçə gün ərzində “saxlanması” da Pnevmoniyaya yaxalanmaqdan xəbər verir”.

 

Nərminə xanım bildirdi ki, Pnevmoniyanın ilkin əlamətləri hiss olunan kimi, tez bir zamanda həkimə müraciət edərək müvafiq müayinələrdən keçmək lazımdır. Çünki xəstəliyə diqqətsiz yanaşmaqla onun ağırlaşmasına imkan yaradılacaq ki, bu da çox təhlükəlidir.

 

DİQQƏT!

Əgər Pnevmoniya ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI