Tramp vasitəçilik səylərinə şübhə ilə yanaşır

13:13 27-08-2019 | icon 355 | Dünya
Tramp vasitəçilik səylərinə şübhə ilə yanaşır

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanada başçılarının bir araya gəldiyi G-7 sammitində ən çox diqqət çəkən məsələ İran və Rusiya ilə əlaqədar mövqe dəyişiklikləri oldu.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifinin G7 qrupunun Fransada keçirilən sammiti çərçivəsində görüşlərə qatılması da şok effekti verib. “Reuters” agentliyi bu gözlənilməz addımın ABŞ prezidenti Donald Trampla Qərb müttəfiqlərinin İran da daxil, bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğu dönəmə düşməsinə diqqət çəkib. Ağ Evin rəsmisi deyib ki, Fransanın  Cavad Zərifi sammit çərçivəsində danışıqlara dəvət etməsi sürpriz olub. Zərif fransalı həmkarı ilə Tehranla Vaşinqton arasında gərginliyi azaltmaq şərtlərini müzakirə edib. O, qısamüddətli səfəri zamanı Fransa prezidenti Emmanuel Makron ilə də görüşüb, amma Ağ Ev rəsmisi onun ABŞ-dan heç bir rəsmi ilə görüşmədiyini deyib.

 

İranla ABŞ arasında qarşılıqlı münasibətlər ABŞ-ın 2015-ci ildə İranın Nüvə Proqramı anlaşmasından birtərəfli çıxışından sonra pisləşmişdi. Bu müqavilənin digər 5 iştirakçısı, o cümlədən Fransa və Rusiya sənədə sadiq qalıblar, İran isə ABŞ-ın hərəkətinə cavab olaraq nüvə proqramını aktivləşdirib. Emmanuel Makron fəal şəkildə İran və ABŞ arasında yaranan gərginliyi yumşaltmağa çalışır, eləcə də müqavilənin iştirakçısı olan ölkələr buna çalışır. Bununla yanaşı, Tramp vasitəçilik səylərinə şübhə ilə yanaşır. “Biz öz işimizi görəcəyik, amma bilirsiniz, mən insanların danışmasını dayandıra bilmərəm. Danışmaq istəsələr, danışsınlar”, - deyib

G-7 2019 Zarif ile ilgili görsel sonucu

Tramp özü isə jurnalistlərə bildirib ki, İran xarici işlər nazirinin G-7 sammitinə gələcəyini bilirdi, amma onunla görüşmək planı olmayıb. “Mən onun nə edəcəyini bilirdim. Prezident Makron məndən soruşdu ki, İran xarici işlər nazirinin Biarritsə gəlişini dəstəkləyirəmmi? Mən də buna etiraz etmədim, amma Zəriflə görüşmək üçün hələ tezdir”, - o bildirib.

Qeyd edək ki, Vaşinqton ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan Avropa liderləri İranla ABŞ arasında dərinləşməkdə olan qarşıdurmanı yumşaltmağa çalışırlar. Tramp Fransanın İranla vasitəçilik etmək cəhdləri ilə bağlı deyib ki, Parisin Tehranla əlaqə yaratmasından məmnundur, amma öz təşəbbüslərini həyata keçirəcək. Nüvə sazişinin Yaxın Şərqi yenidən alovlandıra biləcəyindən ehtiyatlanan Makron gərginliyi azaltmaq təşəbbüsünü ələ alıb. (Virtualaz.org) O, cümə günü - G-7 sammitindən öncə Cavad Zəriflə  görüşüb,  böhranı yüngülləşdirmək, ABŞ sanksiyalarının təsirini azaltmaq, yaxud İrana kompensasiya mexanizmini müzakirə edib. İran günə minimum 700 min barel, idealda isə 1,5 milyon barelədək neft ixrac etmək istəyir, bunu Qərbin nüvə sazişini xilas etmək cəhdlərinin əvəzində irəli sürür. Açıqlamanı “Reuters”ə  İranın iki rəsmisi verib. Ancaq agentlik bir avropalı diplomata istinadla yazır ki, şənbə günü G-7 liderləri Trampın neft sanksiyalarından möhlət verməsinə nail ola bilməyiblər. İrandan neft alan bəzi ölkələrə verilmiş möhlət mayda bitib.

G-7 2019 ile ilgili görsel sonucu

İkinci mühüm məsələ Rusiyaya G-8-ə qayıtmaqa bağlı müraciətin ünvanlanmasıdır. Maraqlıdır ki, ABŞ prezidenti  sammitdə digər ölkə başçıları ilə Rusiyaya görə mübahisə edib. Məlumata görə, Tramp G-7-yə üzv olan digər ölkə başçılarının Rusiya ilə bağlı ittihamlarını rədd edib. Qəzet mübahisənin G-7 başçılarının şam yeməyi zamanı yaşandığını bildirib. Mübahisə zamanı G-7 ölkələrindən yalnız İtaliyanın istefaya gedən baş naziri Cuzeppe Konte Trampı dəstəkləyib, Yaponiya baş naziri Şindzo Abe isə neytral mövqe tutub. Digər dörd dövlətin başçısı və Avropa Şurasının rəhbəri Donald Tusk Trampın fikrinin əleyhinə çıxış edib: “Liderlərin əksəriyyəti israr edirdilər ki, G-7 liberal demokratik cəmiyyətlərin ailəsi, klubu kimi qalmalıdır. Ona görə də onlar Trampa deyirdilər ki, siz prezident Putinə buraya dönməyə izn verə bilməzsiniz. Tramp üçün bu, elə də vacib şərt deyildi. ABŞ prezidenti israr edirdi ki, İran, Suriya və Şimali Koreyanın müzakirəsi üçün Rusiyanın G-7-də mövcudluğu vacibdir”.

Donald Tramp jurnalistlərə deyib ki, G-7 liderləri Rusiyanın bu kluba qaytarılması imkanlarını müzakirə ediblər. “Bəzi şəxslər Rusiyanın qayıtmasını istəyirlər. Düşünürəm ki, bu bütün dünya üçün xeyirli olardı. Məncə bu müsbət addım olardı. Mənimlə bu məsələdə həmfikir olanlar var və biz bunu müzakirə edirik. Məhz hansı qərarı qəbul edəcəyimizi bilmirəm, ancaq ötən axşam biz Rusiyanı geri qayıtması üçün dəvət etməyi istəyib-istəmədiyimizi müzakirə etdik”, Tramp deyib. Ancaq Trampın bu təklifi sammitdə anlayışla qarşılanmayıb.

Tramp düşünür ki, Rusiyanın əsas oyunçu olduğunu nəzərə alaraq, Suriya və İran kimi bəzi məsələlər üzrə danışıqlara Putinin cəlb edilməsi töhfə verə bilər.

G-7 2019 Zarif ile ilgili görsel sonucu

Avropa Şurasının sədri Donald Tusk də Amerika prezidenti ilə bu məsələdə həmfikir deyil. Tuskun sözlərinə görə, G-7 ölkələrinin Rusiyanı “səkkizlər qrupuna” geri qaytarmamağa tələsməmək üçün indi daha çox səbəbi var, nəinki 2014-cü ildə G-8-lər qrupundan xaric olunarkən. Donald Tramp bildirib ki, Rusiya prezidenti 2020-ci ildə ABŞ-da keçiriləcək G-7 sammitinə dəvətlilər arasında olacaq.

Rusiyanın G8-ə qayıtması dünyadakı çətin məsələləri daha asan həll etməyə imkan verəcək. Bunu “Die Velt”ə müsahibəsində Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfanq İşinger deyib. (Axar.az) “G-8 formatı çox faydalı idi. Belə ki, Rusiya ilə çətin və vacib məsələləri həll etmək mümkün olurdu. Ukraynadakı hadisələr ucbatından biz Rusiyanı buradan uzaqlaşdırdıq. Mən o zaman bunu taktiki səhv hesab edən yeganə şəxs deyildim. Bununla belə, Moskvanın G-8-ə qayıtması mümkün deyil, çünki bu, Ukraynada öz neqativ təsirini göstərəcək. Bu addım Ukraynaya vurulan güclü şillə olardı və nəticədə Qərb mənəvi-siyasi planda simasını tam itirmiş olardı”, - o bildirib. Rusiya G-8-ə klubun sahibi qismində qayıda bilər. Bu fikirləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Teleqram səhifəsində paylaşıb. “G-7-nin yarısı artıq köhnələrdən təşkil edilib. Merkel vəzifəsindən gedir, Konte isə istefaya gedib. Tramp da tezliklə istefaya gedə bilər. Ona görə də Rusiya yalnız klubun sahibi qismində buraya qayıda bilər. İlkin olaraq biz tələb etməliyik ki, dünyada gərginliyin artacağı və Rusiyanın ünvanına təhdid yaranacağı halda biz yalnız cavab zərbəsi konsepsiyasına sadiq qalacağımıza zəmanət vermirik. Bu zərbə qeyri-effektiv ola bilər”, - o bildirib.

İranın nüvə razılaşması öhdəliklərini ixtisar etməsi və müqavilənin digər iştirakçılarına öz vədlərinin icrasına iki aylıq müddət verməsi problemin diplomatik yolla həllinə imkan yaradır. Bunu isə İran prezidenti Həsən Ruhani deyib. “Biz bunu niyə etdik? Məqsəd diplomatiyaya, siyasi proseslərə və danışıqlara zəmin yaratmaqdır”, - o bildirib.

Ruhani İranın nüvə razılaşması çərçivəsində öhdəliklərinin ixtisarını başlatması barədə qərarının doğru olduğunu deyib. 

Fransa mənbələrinə əsasən, Makron Qərb və İran arasında münasibətlərdə gərginliyin azaldılmasına dair öz planını açıqlayıb. Fransa lideri İranın qısa müddət ərzində neftini ixrac etməsinə imkan verilməsinə, 2015-ci il sazişinin tam yerinə yetirilməsinə, İran Körfəzi regionunda gərginliyin azaldılmasına, habelə yeni danışıqlara başlamağa çağırır. Makron beynəlxalq sazişi xilas etməyə səy göstərir, lakin Tramp Fransa liderini Vaşinqtonla danışıqların mümkünlüyü ilə bağlı İrana “qarışıq siqnallar” göndərməkdə ittiham edib.

G-7 2019 Zarif ile ilgili görsel sonucu

“İran ciddi maliyyə problemləri ilə üzləşib”, - Tramp bu ayın əvvəli twitter səhifəsində yazıb və bunu ABŞ-ın razılaşmadan çıxmasından sonra Tehrana qarşı sanksiyaların bərpası ilə izah edib. “Onlar ABŞ ilə danışmaq istəyirlər, amma Fransa prezidenti Makron da daxil olmaqla, guya bizi təmsil edənlərdən qarışıq siqnallar alırlar” - deyə, Tramp bildirib.

Almaniya Kansleri Angela Merkel bazar günü İran və Fransa xarici işlər nazirləri arasında danışıqların  sammit çərçivəsində tədbir olduğunu bildirib. Onun əlavə edib ki, ABŞ və İran arasında gərginliyin aradan qaldırılması üçün hər bir imkandan istifadə olunmalıdır. “Biz gərginliyin zəiflədilməsi yolunu tapmalıyıq. Əgər bunu etməsək, İranın nüvə sazişi üzrə öhdəliklərindən sentyabrda daha da çox imtina etməsindən  qorxmalıyıq” - deyə, Merkel jurnalistlərə bildirib. (Amerikanınsesi.org)

Belə görünür, Rusiyanın Krımı öz ərazisi hesab etməsi Trampı o qədər də narahat etmir. Əksinə, o, Rusiyanın Krımı ilhaq etməsinə görə sabiq prezident Barak Obamanı günahlandırır. G-7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar daxildir. Lakin qrupa daxil olan ölkələrdən hansınınsa Rusiyanı yenidən qrupa daxil edərək qurumu G-8-ə çevirmək fikrini dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qərb dövlətlərinin Rusiya və İrana fərqli münasibətləri var: “Bəziləri  - ABŞ və Böyük Britaniya - Rusiyaya və İrana qarşı sərt sanksiyaların davamını tələb edir, digərləri  - Almaniya, İtaliya qismən Fransa - Moskva və Tehranla dialoqun davamının tərəfdarıdırlar. Qərb dövətləri İranla müharibə arzulamırlar. Elə İran da bunu istəmir. Buna baxmayaraq, Qərb dövlətləri İranın uranı zənginləşdirməsini də istəmir. Bu məsələdə konsensus tapılmalıdır”. E.Şahinoğlu deyir ki, İran güzəştə gedə bilər: “Bir şərtlə ki, Tehrana öz neftini istədiyi həcmdə satmağa şərait yaradılsın. İran uranın zənginləşdirilməsini azalda bilər. Ancaq bu, Vaşinqtona kifayət etmir. Vaşinqton istəyir ki, İran ətraf dövlətlərin daxili işlərinə qarışmasın, silahlı qruplara dəstək verməsin. Tehranın bu siyasətdən əl çəkəcəyi problematikdir. Çünki Tehran bu yolla təhlükələrin İrandan uzaq saxlanılmasına çalışır”.

Rusiya ilə bağlı siyasətə gəldikdə, politoloq qeyd etdi ki, Qərb Rusiya ilə dialoq imkanlarını da açıq saxlamaq istəyir: “Çünki düşünürlər ki, Rusiyanı özlərindən daha uzaqda tutsalar, bu, Moskvanın daha sərt siyasət yürütməsinə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir. Bu isə Qərbin maraqlarına ziddir”. Ekspert dedi ki, təkliflərə rəğmən, Rusiyanın “böyük yeddilərə” qatılması ehtimalı az deyil: “Çünki bunu istəyən dövlətlərin sayı artır”. Politoloqa görə, İranın geri addım atması üçün bu ölkənin ali dini liderinin prezident Həsən Ruhaniyə xeyir-dua verməsi lazımdır: “Bu olmadan Həsən Ruhani Qərblə anlaşa bilməyəcək”.

Belə görünür ki, İran və Rusiya ilə bağlı Qərbin yekdil mövqeyi yoxdur. Hər halda, diplomatiyada “yaxşı polis”-"pis polis" anlayışları var. Bu mənada Qərbdəki ikili yanaşma təəccüb doğurmur. Ancaq son söz hansı tərəfin olacaq, bunu demək çətindir...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur