Ümid Partiyası hakimiyyətə çağırış etdi

22:22 27-08-2019 | icon 378 | Siyasət
Ümid Partiyası hakimiyyətə çağırış etdi

Ümid Partiyasının Şəki rayon təşkilatının üzvü, jurnalist, sosial şəbəkə fəalı Eldar Abdullayev avqustun 16-da “polisə müqavimət” adı ilə inzibati xətalar məcəlləsi üzrə ittiham edilərək məhkəmə qərarı ilə 10 sutka həbs edilib.

 

Bu barədə Versus.Az-a Ümid Partiyasının Mətbuat Xidmətindən bildirilib.

 

Məlumatda qeyd edilir ki, Eldar Abdullayevin həbsi azad fikrə, azad sözə dözümsüzlüyün nümunəsidir.

 

Bildirilir ki, Eldar Abdullayev sosial şəbəkələrdə mütəmadi olaraq Şəkidə baş verən neqativ hadisələrlə bağlı cəmiyyəti məlumatlandırırdı. Partiya hesab edir ki, Azərbaycan iqtidarı dəfələrlə sosial şəbəkələrdə mövqe ifadə edən şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq güya məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçir və müxtəlif sutkalarla həbsə atır.

"Bütün bunlar onun göstəricisidir ki, xalqın narazılığının nədən ibarət olmasını araşdırmaq əvəzinə danışan dilləri susdurmaq istəyirlər. Sona qədər hüquqları pozulan vətəndaşlarımızın, o cümlədən də partiyadaşlarımızın yanındayıq. Bir partiya olaraq Eldar Abdullayevin hansı əsaslarla həbs olunması ilə bağlı məhkəmə qətnamələrini alaraq, işi sona qədər araşdırıb günahkarların cəzalandırılması istiqamətində öz işimizi davam etdirəcəyik. Bu kimi hallar Avropa birliyinin, Avropa Şurasının üzvü və onunla əməkdaşlıq edən ölkə kimi sonda Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı neqativ hesabatların da üzə çıxmasına səbəb olur. Hakimiyyəti bütün bu əməllərdən çəkinməyə, insanların şərlənərək həbsə atılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq"-deyə, məlumatda bildirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”