Ağdamda şəhidlərin adını daşıyan bulaq ...

13:09 28-08-2019 | icon 521 | Cəmiyyət
Ağdamda şəhidlərin adını daşıyan bulaq ...

Ağdam rayonunun Quzanlı və Bənövşələr qəsəbələrində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan iki ədəd subartezian quyusunun və Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Muxtar Qasımov, Canpolad Rzayev, Nadir Əliyev, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raqub Orucov adına tikilmiş iki bulağın açılışı olub.

 

Versus.Az Azərtac-a istinadən xəbər verir ki, rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

"Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları çıxış edərək, sakinləri subartezian quyularının və bulaqların istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun işğal altında olmayan ərazilərində İctimai Birlik tərəfindən iki ədəd subartezian quyusu və iki bulaq istifadəyə verilib.

 

Qəsəbə sakinləri xeyirxah işə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara təşəkkür ediblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI