Savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şans...

13:25 28-08-2019 | icon 479 | İqtisadiyyat
Savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şans...

Gələcəkdə "Hackathon" müsabiqəsi beynəlxalq səviyyədə keçiriləcək.

 

Versus.Az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov "AZCLOUD Hackathon 2019" müsabiqəsinə həsr olunmuş mətbuat konfransında deyib.

R.Əzizov bildirib ki, gələcəkdə hackathonlar elektron hökumət, maliyyə texnologiyaları və digər istiqamətlərdə iştirakçılara məhsul təqdim etməyə imkan yaradacaq.

Nazirlik nümayəndəsi qeyd edib ki, gələcəkdə bu müsabiqələrdə təqdim olunmuş məhsullar xaricə ixrac olunacaq. Bu savadlı və perspektivli azərbaycanlı gənclər üçün böyük şansdır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Hewlett Packard Enterprise", "R.I.S.K Company", "Azercell Telekom", "TrendMicro", "Juniper Networks", "Cisco" və "Bestcomp Group" şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən "AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Həmçinin, bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır.

"AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Qeydiyyat iyulun 1-dən başlayıb və yarışmanın veb səhifəsindən (www.h.azcloud.az/reg) sorğular qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI