“Azərbaycan ərazisində kiminsə ölkəmizə diqtə eləmək ixtiyarı yoxdur”
Fazil Mustafa: “Qarabağdakı ermənilərlə danışıqlarda nəticə yoxdur”
44 günlük müharibə regionda yeni reallıqların bünövrəsini qoysa da, Ermənistan və havadarları revanşist siyasətindən əl şəkmir. Sülh danışıqları və ərazilərin bərpa prosesindən istifadə edib yenidən bölgəyə soxulmaq istəyən xarici güclərin süni əngəlləri və erməni əli ilə qanunsuz müdaxilələri Qarabağda gərginliyin saxlanılması üçün öz “ayı xidməti”ni göstərməkdə davam edir.
Azərbaycan özünün ərazi bütövlüyü, suverenliyi, bütün xalqlara tolerant, humanist yanaşma, digər dövlətlərlə dinc əməkdaşlıq, qonşuluq siyasəti, enerji təhlüksziliyi ilə bağlı mütərəqqi ideyalar, əməllərin mesajlarını verdiyi halda, bir çox dövlət və təşkilatların ikilistandartlı yanaşmaları, haqsızın, ədalətsizin yanında yer alıb ölkənin daxili işlərinə müdaxilə etmək hərisliyi səngimir. Hərbi, siyasi, iqtisadi sahədə region və dünyada öz tələblərini diqtə edən Azərbaycan yenə də Qarabağ bölgəsində təsir və təhdidlərlə üzləşir. Qarabağ, erməni revanşizmi bəhanəsi ilə “problem” olaraq beynəlxalq müstəvidə müzakirə predmetinə çevrilir. Məqsəd nədir və bu məsələnin çözümü birmənalı qarşılanmır.
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Fazil Mustafa mövcud vəziyyəti dəyərləndirib.
- Üçtərəfli sazişdən sonra Qarabağ İqtisadi Zonasında müvəqqəti yerləşən Rusiya sülhməramlılarının missiyasına aid ərazilərimizdə mövcud olan erməni separatçı rejımi və onun təsiri altında qalan etnik ermənilər bu gün nəhayət Azərbaycanın rəsmi sülh çağırışlarına hansı reaksiyanı verir və gözləntilər nədir?
- Bilindiyi kimi deputat həmkarımız Ramin Məmmədov Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq erməni əsilli sakinlərlə bu danışıqların aparılmasını təmin edir. Məlumdur ki, bu istiqamətdə müəyyən bir komanda formalaşıb və Azərbaycan vətəndaşı olan ermənilərin sülh şəraitində inteqrasiyasına yönəlik danışıqlar davam edir.
İndiki məqamda hələ ki, konkret nəticələr yoxdur. Amma erməni vətəndaşların bütövlükdə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sülh, birgə yaşayış naminə danışığa gəlməsi, hər halda prosesin irəliləyə biləcəyini göstərir. Azərbaycan çalışır ki, erməni sakinlərlər birbaşa təmaslar qurulsun. Hətta erməni sakinlərini təmsil edən nümayəndlər bir neçə dəfə Bakıya da dəvət olundular. Amma bunlar imtina ediblər və hələ ki, hər hansı müsbət reaksiya göstərmirlər. Daha çox neqativ reaksiyalar gəlir. Amma müəyyən bir pozitiv çağırışlar da eşidilməkdədir. Çünki içəridə olan qarşıdurma onu göstəririr ki, artıq ermənilər hər hansı bir şəkildə dalana dirənəndə istənilən prosesə qoşulmağa məcbur qalırlar. Hər halda Azərbaycan öz tərəfindən lazım olan zəruri addımları atıb, qalır Ermənisanın bu məsələlərə hansı reaksiyanı verməsi. Reaksiya normal olacaqsa yaxın zamanlarda birbaşa kantaktların qurulması mümkündür. Əgər Ermənistan və onun Azərbaycan ərazisində qalan separatçı tör-töküntüləri müharibə, revanşist niyyətlərindən əl çəkməyəcəklərsə, heç şübhəsiz ki, bunun da məsuliyyəti onların öz üzərinə düşür. Azərbaycan öz ərazilərində suverenliyinə, dövlət təhlükəsziliyinə təhdid yaradan, qanunlarını heçə sayan hər hansı qanunsuz qruların cinayətkar əməllərinə, yaxud qeyri-adekvat addımlarına sona qədər dözmək fikrində deyil.
- Sülhməramlılar ərazilərimizdə qurduğu məlum “təmas xəttində” hansı mövqeni sərgiləyir və onun paralelində erməni təxribatları nəticəsində baş verən sərhəd pozuntuları müstəvisində mövcud vəziyyət nədir?
- Ermənilərin, separatçıların arxayın olduğu bir tək qüvvə qalıb. Bu, Rusiya sülhməramlılarıdır. Artıq Ermənistanın bölgə ilə özbaşına təmasları kəsildiyinə görə burda hər hansı bir şəkildə qarışdırıcılıq imkanına sahib deyil. Amma Rusiya sülhməramlıları ermənilərə silah-sursat daşımaqla məşğuldurlar və orda hər hansı bir şəkildə Azərbaycanın maraqlarına uyğun addımlar atmağı da düşünmürlər. Ona görə də rus hərbi kontingentinin indiki missiyası sülhyaratmadan daha çox erməniləri qorumaq missiyasıdır. Bu missiyaya qarşı Azərbayacan özünün suveren hüquqularından istifadə edərək müəyyən addımları atır, vaxtaşırı olaraq xəbərdarlıqlar edir. Laçında Sarhəd buraxılış məntəqəsinin də qoyulması artıq Azərbaycanın tədricən öz iradəsini gerçəkləşdirdiyini göstərir. Ona görə də bu məsələdə bizim tərəfimizdən hər hansı narahatçılıq üçün əsas yoxdur. Çünki biz sona qədər prosesi irəli aparacağıq.
- Məlumdur ki, ASPA-da Lacın yolundakı vəziyyət müzakirə olunacaq. Ümumiyyətlə, bu məsələnin beynəlxalq təşkilatlarda gündəmə gətirilməsi ilə nəyə nail olmaq istəyirlər?
- Laçın yolundakı vəziyyətin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması bilavasitə Azərbaycanı istəməyən qüvvələrin məsələyə müdaxilə etmək istəyi ilə həyata keçirdilir. Amma heç bir nəticə ortaya qoya bilməyəcək, boş çabalardır. Azərbaycan ərazisində kiminsə bizə diqtə eləmək ixtiyarı yoxdur. Bu AŞPA-da bizim öhdəliklərimiz kontekstinə də daxil deyil. burda götürdüyümüz öhtəliklər həm də bizim suverenliyimizin qorunması baxımından nəzərdə tutulan öhtəliklərdir. Ona görə də bizim Laçın postu ilə bağlı AŞPA-da hər hansı bir şəkildə problem yaşayacağımızı düşünmürük. Təbii ki, orda “ermənilər blokadadır”, “ermənilər çətinliklər yaşayır” kimi qondarma çıxışlar olacaq. Amma bunlar real vəziyyəti əks etdirmir, çünki Azərbaycan beynəlxalq hüquqa söykənərək öz dövlət sərhəddində post qurub. Son günlər erməni təxribatı nəticəsində postun işləməsinin dayandırılmasına qərar verilib. Amma təhlükəsizlik tədbirləri görüləndən sonra fəaliyyətini davam etdirəcək. Ona görə də hesab edirəm ki, AŞPA-da Laçın yolundakı buraxılış məntəqəsinin müzakirəsi boş və mənasızdır. Azərbaycan tərəfi qətiyyətlə onların cavabını verəcək.
- Biz Azərbaycan bütün platformalarda bəyan edir ki, Qarabağı, orada yaşayan erməni sakinləri ilə vəziyyətin tənzimlənməsi, yaşayış təminatı daxili isimizdir, amma erməni tərəfi və havadarları israrla bu məsələni beynəlxalq platformalara dasıyır. Bu yanaşma, siyasət sülh danışıqlarına necə təsir edə bilər və bu cür hücumların qarşısını necə almalıyıq?
- Ermənilər Azərbaycan sərhədləri daxilində yaratdığı gərginliyi hansı platformaya daşısa da, bu, bizim daxili işimiz kimi qəbul olunur və kimsə buna görə bizə hansısa bir irad bildirə bilməz. Zaman da göstərdi ki, bu istiqamətdə bizim mövqelər kifayət qədər güclüdür. Hər hansı bir şkildə ermənilərin revanş götürmə istəkləri baş tutmayacaq. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. İndi bu platformadaözlərinə təsəlliçünü belə bir müzakirə açırlar, amma bunun hər hansı effektinin olacağını düşünmürəm. Azərbaycan tərəfi özünün bütün imkanları ilə Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olmasını və onların Azər baycan vətəndaşı kimi mövcudluğunu təmin edəcəkdir. Çünki kimsə buna razı olmayacaqsa, ərazini tərk edib öz istədiyi yerə gedəcək. Xüsusilə də biz terrorçuları hər hansı bir şəkildə ölkədə sona qədər daşımaq düşüncəsində deyilik və onlara qarşı mübarizəmizi davam edəcəyik.
- Bölgəyə beynəlxalq təşkilatların, böyük dövlətlərin Ermənistanın Azərbaycanda törətdiyi soyqırım və qırğınlara, vurulan böyük maddi-mənəvi zərərə öz maraqları kontekstində susqun yanaşması fonunda baxsaq, sülh danışıqlarının uzanması daha çox kimə və nəyə xidmət edir. Vasitəçilər bu vaxtdan hansı uduşla çıxmağa çalışır?
- Əslində beynəlxalq təşkilatların bir çox məsələlərdə susqun mövqe nümayiş etdirməsi əlimizdki arqumentləri gücləndirir. Çünki bütün hallarda biz bu prosesdə öz maraqlarımızın təmin edilməsi baxımından müəyyən addımlar atmağa çalışırıq. Hər hansı bir şəkildə bu qüvvələrin Azərbaycana qarşı fəaliyyət göstərməsinə də imkan tanımırıq. Ona görə də beynəlxalq təşkilatların hər hansı vasitəçilik missiyasının da bir xeyri olacağını düşünmürəm. Azərbaycan qətiyyətli şəkildə məsələni beynəlxalq müstəvidən çıxarıb daxili məsələyə çevirib. Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarılması cəhdlərinin qarşısını alacağıq. /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"