Yuxu pozuntusu - barışmalı, yoxsa mübarizə aparmalı

11:23 29-08-2019 | icon 584 | Sağlamlıq
Yuxu pozuntusu - barışmalı, yoxsa mübarizə aparmalı

Hər bir kəs həyatının müəyyən dövründə yuxu pozuntusu ilə üzləşir. Yuxu pozuntusunun ümumi əhali arasında 6-30 % olaraq yayılması müəyyənləşdirilmişdir. Yuxu pozuntusu (insomniya) elə bir haldır ki, insanın yuxuya getməsi, ümumi yuxu saatı və ya erkən səhər saatlarında oyanması ilə əlaqədar problemlər yaranır. Yuxu pozuntusu mənşəyinə, yaranma səbəblərinə, davamlılığına görə fərqlənir, hətta insanın yaşına görə müxtəlif şəkildə rast gəlinir.

Versus.Az təqdim edir.

Yuxu pozuntuzu növləri.

Kəskin yuxu pozuntusu. Bu yuxu pozuntusu stres nəticəsində meydana çıxır, narahat yuxunun əmələ gəlməsinə səbəb olur, qısamüddətli yuxu pozuntusu da adlanır.

Uşaqlıq dövrü davranışı ilə əlaqədar yuxu pozuntusu. Bu yuxu pozuntusu uşaqlıq dövründə meydana çıxır, uşağın yalnız valideyn və ya qulluq edən şəxslə yatması ilə bağlıdır.  

İdiopatik yuxu pozuntusu. Bu yuxu pozuntusunun səbəbi məlum deyildir.

Dərman və digər maddələrin qəbulu ilə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu dərman vasitələri, kofein, alkoqol və s. maddələrin qəbulu ilə əlaqədardı.

Xəstəliklə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu onun gedişatı və ağırlıq dərəcəsini müəyyənləşdirən psixi pozuntunun əlaməti kimi meydana çıxır.

Paradoksal yuxu pozuntusu. Bu yuxu pozuntusu zamanı xəstə ağır yuxusuzluqdan əziyyət çəkdiyini bildirsə də, onda ciddi pozğunluqlar aşkar etmək olmur. 

Psixofizioloji yuxu pozuntusu. Bu halda insanlar yuxu barədə həddən artıq narahatlıq keçirirlər, nəticədə, yuxusuzluq problemi güclənmiş olur.

Yuxu pozuntusunun ağırlaşmaları. Yuxusuzluq halı içki aludəçiliyinə, dərmandan asılılığa gətirib çıxara bilər. Yuxusuzluqdan əziyyət çəkən insanlarda psixi pozuntu sağlam insanlara nəzərən 2,5 dəfə çox rast gəlinir, depressiv pozuntunun inkişafı riski isə 4 dəfə artmış olur. Bundan başqa, yuxu pozuntusu hipertoniya xəstəliyinin, mədə-bağırsaq traktı, ürək-damar sistemi xəstəliklərinin ağırlaşmasına səbəb olur. Hazırda yuxusuzluq probleminin insan ömrünə təsiri barədə kifayət qədər sübutlar vardır. Tədqiqatlarla müəyyən olunub ki, yuxu saatının 4,5 saatdan az olması insan ömrünü 15% azaldır.

Yuxu pozuntusunun müalicəsi. Yuxu pozuntusunun müalicəsi öncə əsas səbəbi aradan qaldırmaqla başlayır: dərman qəbulu, içki aludəçiliyi, kofein, nikotindən çox istifadə, depressiv pozuntu, daxili orqanlarla əlaqəli xəstəliklər (qalxanabənzər vəzi xəstəlikləri, ürək çatışmazlığı və s.). Yuxunun ümumi gigiyenasına yuxu rejiminin normallaşdırılması (eyni saatlarda yatmalı, səhər durmağa çalışmalı,  gündüz yatmamalı), səhər və gündüz edilməli  mütəmadi  idman məşğələləri (axşam yatmazdan qabaq bunu etmək olmaz), qidalanma rejiminin formalaşdırılması (yatmağa 3-4 saat qalmış yemək olmaz) daxildir. Günün ikinci yarısı qəhvə, çay içmək, alkoqollu içki qəbulu məsləhət görülmür, tütün istifadəsindən imtina edilməlidir. Önəmli olan yuxunun baş verəcəyi yerdir. Yataq, yastıq  rahat olmalı, yataq otağında işıq olmamalıdır, təmiz saxlanılmalıdır, otağın havası tez-tez dəyişdirilməlidir. Bəzən yuxunu asanlaşdıran rituallar (isti vanna qəbulu, yatmazdan qabaq gəzinti) xeyirli olur. Yuxugətirici preparatların istifadə olunması əsasən kəskin yuxu pozuntuları zamanı məsləhət görülür.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin