Harvard universitetinə qəbul olmuş İsmayıl ABŞ-a buraxılmadı 

11:47 29-08-2019 | icon 360 | Dünya
Harvard universitetinə qəbul olmuş İsmayıl ABŞ-a buraxılmadı 

Amerikanın ən qədim və dünyanın ən nüfuzlu universitetlərindən biri sayılan Harvard universitetinə daxil olan fələstin əsilli bir gənc ABŞ-a girişinə yasaq qoyulub. 

 

 
 
Versus.Az xəbər verir ki, özünün jurnalistlərə söylədiyi kimi, İsmayıl Əcəvi Boston hava limanına çatdıqda xüsusi xidmət əməkdaşları tərəfindən bir neçə saat ərzində saxlanılaraq dindirilib.  Gənc müsəlmanın telefonu və dizüstü kompüterində axtarış apardıqdan sonra onun vizası ləğv olunub və müəslman gənc "ABŞ üçün arzuolunmaz şəxs" elan edilib. 
 
Məlum olub ki, ABŞ hakimiyyətinin bu qərarına səbəb fələstinli oğlanın dostlarının sosial şəbəkələrdəki siyasi şərhləri olub. İsmayıl özü isə bu günədək  heç bir siyasi mesaj və şərh yayımlamadığını bildirib.
 
 
Xülasə, bu minvalla Harvard təqaüdünə layiq görülən 17 yaşlı oğlan vətəninə- Livana qayıtmaq məcburiyyətində qalıb.  Universitet nümayəndələri də öz növbəsində fələstinli gənc və ailəsi ilə əlaqə saxladıqlarını və sentyabrın 3-də tədris ili başlamazdan əvvəl "problemin həll ediləcəyinə" ümid etdiklərini bildiriblər.
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin