"Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü"

17:01 30-08-2019 | icon 507 | Geopolitika
"Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü"

"Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir".

 

Versus.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib.

 

M.Brayza bildirib: "Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, "Pan-Erməni Oyunları" nın açılışında iştirak edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bəyanatla çıxış edərək Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranmışdı. Hazırda Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəsə nail oldular və bu günə qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.

BMT Təhlükəsizlik Şurasının işğal altındakı Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI