Turistlər üçün şərab turları təşkil edilsin - TƏKLİF

17:35 30-08-2019 | icon 415 | Sosial
Turistlər üçün şərab turları təşkil edilsin - TƏKLİF

Azərbaycana gələn turistlər üçün şərab turlarının təşkil edilməsi təklif edilib.

 

Versus.Az xəbər verir ki, bu təkliflə "Savalan" şərab zavodunun direktoru Əjdər Şəfizadə Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan "Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı" adlı dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan şərablarının satış səviyyəsi artıq bir çox ölkələrdə yüksəlib. Amma son zamanlar şərabçılıq sahəsində inkişaf bir qədər zəifdir:

"Bunun birinci səbəbi bizim özümüzün Azərbaycanda istehsal olunan şərablara qiymət verməməyimizdir. Mən bir misal çəkmək istəyirəm. Kürdəmir bizim zavod şərabının satışına görə respublikada Bakıdan sonra ikinci rayon olub. Bu, məndə maraq yaratdığı üçün Kürdəmirdəki mağazalara baş çəkdim. Məlum oldu ki, bizim şərabları alanların çoxu Kürdəmirdəki almanlardır. Necə olur ki, almanlar bizim şərablara qiymət verirlər, biz özümüz ona qiymət vermirik. Təkcə şəraba deyil, Azərbaycanın bütün yerli məhsullarına ilk növbədə özümüz qiymət verməliyik. Azərbaycanın xarici ölkələrdəki diasporları və turizm amili birləşərsə, ölkəmizin şərablarının satış səviyyəsi bütün dünyada artar. Biz Azərbaycan şərabını tanıtmalıyıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI