Yapon cüdoçu Qasımov və Kotsoyevi dayandırdı

17:59 30-08-2019 | icon 389 | İdman
Yapon cüdoçu Qasımov və Kotsoyevi dayandırdı

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

 

100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşıb və bu dəfə 96 saniyəyə ipponla qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olub. Qasımov bu rəqibini də ipponla məğlub edərək mərhələni adlayıb. O, final uğrunda mübarizədə portuqaliyalı Jorje Fonseka ilə üz-üzə gəlib. İdmançımız bu rəqibi ilə bacarmayıb. Qasımov bürünc medal uğrunda görüşdə Kotsoyevi mübarizədən kənarlaşdıran Aaron Volfla üz-üzə gəlib. Yaponiyalı idmançı Qasımovu da məğlub edib.



Kotsoyev ilk görüşündə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb. 



Qeyd edək ki, daha əvvəl 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı