Azərbaycan və Bakı çempionatının qalibləri müəyyənləşib

18:16 30-08-2019 | icon 634 | İdman
Azərbaycan və Bakı çempionatının qalibləri müəyyənləşib

Milli Gimnastika Arenasında "yeniyetmələr" yaş kateqoriyasında idmançılar arasında Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının qalibləri müəyyənləşib.

 

Versus.Az bildirir ki, qaliblərin mükafatlandırma mərasimi keçirilib.

"Yeniyetmələr" yaş kateqoriyasında idmançılar arasında çoxnövlü (alətsiz, ip, halqa) fərdi mübarizədə birinci yeri Kamilla Seyidzadə (41.950 xal), ikinci yeri Fatimə Məmmədzadə (37.050 xal), üçüncü yeri isə Mədinə Dəmirova (36.800 xal) tutub. Hər üç gimnast da "Ocaq Sport" Klubunun təmsilçiləridir.

Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.

Yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "AyUlduz" Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

 

Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi