"Bu günə qədər ailə qurmamağımın səbəbi..."
"Spase" telekanalında yayımlanan "Banu" verilişinin aparıcısı Günel Həsənzadənin bir müddət öncə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.
Versus. Az bildirir ki, teleaparıcının şəxsi həyatı barədə verdiyi açıqlamalar xüsusən maraq doğurub.
"Anamla tək yaşayıram. Atam yoxdur, 5 yaşımda anamla ayrıldılar. Bizi itirib. Yenidən görüşmək barədə fikrim yoxdur. Evimiz ikiotaqlı idi, atam başqa qadınla evlənib otağın birində, biz isə digərində qalırdıq. Düzdür, anamla həmin qadın dalaşmırdı, amma psixoloji gərginlik var idi. 3 uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin. Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Bunlara baxmayaraq, mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, o sənin atan deyil. O biri bacıların atasıdır. Mən kişi olsaydım, qadınımı o evə gətirməzdim. Qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi atamın mənə yaşatdığı psixoloji travmadır. Heç kimə güvənmirəm, hamıya dost, qardaş gözü ilə baxıram".
Əksər sosial şəbəkə istifadəçiləri Həsənzadənin ailə qurmamaq səbəbinə haqq qazandırdıqlarını yazıblar.
Qeyd edək ki, G.Həsənzadə sözügedən fikirləri "Gəlin danışaq" verilişində səsləndirib.
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"