"Yalnız Əhməd Orucdan ibarət olan təşkilat necə Xalq Hərəkatı ola bilər"

17:16 31-08-2019 | icon 575 | Siyasət
"Yalnız Əhməd Orucdan ibarət olan təşkilat necə Xalq Hərəkatı ola bilər"

Fuad Əliyev: "İntriqalarla gündəmə gələn hərəkat sosial etimadı qazana bilməz"

 

"Yalnız Əhməd Orucdan ibarət olan təşkilat necə Xalq Hərəkatı ola bilər".

 

Bu barədə Versus.Az-a ikiyə parçalanan Azərbaycan Xalq Hərəkatının hazırki durumu və yaranan ziddiyyətlərlə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri, AXH Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin birinci müavini Fuad Əliyev bildirib.

 

F.Əliyev deyib ki, AXH -nin digər qanadında təmsil olunduğu bildirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hərəkatdan ayrıldığını bəyan edib.

Partiya sədrinin fikrincə, görünür həmin hərəkata daxil olan maliyyənin təsiri ilə yaranan daxili ziddiyyət onların bir hərəkat olaraq formalaşmasını imkansız edir. Eyni zamanda qeyd edib ki, sağını-solunu heç bir sərhəd tanımadan "qamçılayan" Əhməd Orucun bu istefaya hansı reaksiya verməsindən asılı olmayaraq, proses onların əleyhinə işləyir. Çünki əvvəldən intriqalarla gündəmə gələn hərəkat sosial etimadı qazana bilməz.

 

F.Əliyev bildirib ki, proseslərin gedişi göstərir ki, Ə.Orucun iddia etdiyi kimi onların AXH adından danışmağa heç bir fəaliyət gücü, hüququ yoxdur.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür