DÖVLƏTİN VAR OLMAQ HAQQI

08:43 01-09-2019 | icon 131 | Köşə
DÖVLƏTİN VAR OLMAQ HAQQI

 ...VƏ AZADLIĞIMIZIN SINIRLARI

 

İGİD TEYMURLU

Azadlıqdan danışırıq. AZADLIQ dilimizə, dinimizə, milli kimliyimizə, bölünmüş xalq statusu əldə edəndən sonra BÜTÖVLÜYÜMÜZə qovuşmağımızdan, 3 əsrlik itkilərimizi bərpa etməyimizdən, Umudlu, Qaradağlı, Xocalı soyqırımlarının qisasını ermənidən almağımızdan, potensial vətən fədailəri olan soydaşlarımıza, yurd həsrəti, yurd nisgiliylə cızdağı çıxan qaçqın və məcburi köçkünümüzə, haqqı tanınmayan Şəhidlərimizə, hüquqları tapdalanan əlil və veteranlarımıza, problemlərin çəngində inləyən kimsəsizlərə, bu və ya digər səbəblər ucbatından bədənini satmağa məcbur olan vətəndaşlarımıza, imkansızlıqdan boynu bükük qalan xəstələrə, bankların diktəsiylə içini, içalatını satmağa məcbur edilən yurddaşlarımıza, harın məmurlar tərəfindən bu gün haqqı yeyilən 50 il bundan sonra doğulacaq körpələrimizə sahib çıxmağımızdan keçir.

 

Dövlət vətəndaşına sahib çıxanda həm də var olmaq haqqını qazanır. Milyonluq layihələrin fonunda məmur özbaşınalığı ucbatından milləti cana doyuran problemlər, dünyanı ayağa qaldıran AUTİZM SİNDROMUna olan laqeydlik Ölüm, bu kateqoriyadan olan uşaqlarımızın, insanımızın məmur qayğısı ilə, vətəndaş sevgisilə ömür sürməsisə dövlətçiliyimizə münasibətdə Qələbə kodudur. Bizi azadlığımızın sınırları daxilində öldürməyə çalışmayın. Axı biz QƏLƏBƏ həsrətindəyik ki, dövlətimiz var olsun!..

 

Bu gün Azərbaycanın ən böyük problemi bütün mənalarda Qarabağ dərdimizin qartımasıdır. Qarabağ probleminin həlli sanki bir müşkülə çevrilib. Əvəzindəsə xarici işlər idarəsinin, problemin həllinə yükümlü olan beynəlxalq təşkilatların saysız-hesabsız səfərləri, hansısa hərbi xərclərə yönələn paralar bizlərə yalan sırımaqda və gözlərimizi qamaşdırmadadır!!! Sadə vətəndaşlar və köhnə döyüşçülərin əksəriyyəti üçünsə QARABAĞ PROBLEMİNİN HƏLLİnin yalnız bir yolu var: HƏR GÜN “ERMƏNİSTAN” ADLANAN OYUNCAQ DÖVLƏTƏ BİR MEYİD GETMƏLİDİR, VƏSSALAM!!! Əgər belə olarsa, üçcə ayın içində İrəvanda yaşayan Mkrtçların anaları Paşinyanın anasını ağladar...

 

Hanı bə hərbiyə qoyulan xərclərdən əldə olunan “üstünlüklərimiz”? Nədən bu “üstünlüklər”dən istifadə edib “hər gün Ermənistana bir meyid” deviziylə nankor qonşuların daxilində bir çaxnaşma salmırıq!? Nədən Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Laçında erməni lobbisinin yardımıyla tikilən binalar “hərbi üstünlüklərimiz”dən istifadə edilməklə dərhal bombalanmır!?..

 

Bizi qocaldan bax bu problemlə yanaşı həm də bu “nədənlər”dir. Və bu “nədənlər” artıq gündəlik həyatımızın yol yoldaşına çevrilib. Məhz bu probleminin həlli istiqamətində “xalqın xidmətçisi olan məmurlar”ın, idarə və şirkət rəhbərlərinin, bankir donlu qəssabların yuxarı vəzifəli şəxslər qarşısında eyforik davranışları heç də sözün və siyasətin sehri deyil, sadəcə olaraq, onların qismində olan mənəvi eybəcərliyin görüntüsüdür. Bu gün Azərbaycanda özünü “xalqın xıdmətçisi” kimi aparmayanların davranışlarının kökündə xalqa bir vasitə, xalq bir kölə, qul kimi baxmaları dayanır! Bir zamanlar Zakir Həsənovun ultimativ formada “uçan, qaçan, gəzən nə varsa, qırın bu oğraşları!” hədəsi indi sülh göyərçinlərinin qanadında turist səfərlərinin predmetinə çevrilib. Tonoyana, Paşinyana kərəzlənməyi bir peşəyə çevirmişik. Ağsaqqallarımız, Ağbirçəklərimiz “Laçın, Füzuli, Ağdərə, Kəlbəcər...” deyə-deyə Haqq Dünyasına qovuşur...

 

Avropanın göbəyində özünə isti yuva tapan marionetkalar vətəndaş itaətsizliyi çərçivəsində etdikləri paylaşımlarla əslində millətin içində olub qalan sevgini, olub qalan ümidi də heçə endirməyə çalışırlar. Adama deyərlər ki, Vətənə sevgin belə böyükdürsə, onda nə itin azıb Avropanın dolanbaclarında? Bu adamlarını hansısa “siyasi təzyiq”dən danışmalarısa heç də həqiqətin özü deyil, daha çox özlərinə sığınacaq tapmaqdan irəli gəlir...

 

Amma bu da hər kəsə apaydın olaraq ortadadır ki, Azərbaycanda erməni terrorizmi baş qaldırıb və sonuc olaraq yurd yerlərimiz işğal olunub. Azərbaycanın da haqqıdır ki, baş verən cinayətə görə antiterror əməliyyatı keçirib torpaqlarımızı azad edə. Bəs mane olan nədir? Mane olan ən əsas səbəb vaxtilə AXC-Müsavat hakimiyyətinin Azərbaycanın iç probleminin həllini ortaya sübut-dəlil qoymadan beynəlxalq təşkilatlara həvalə etməsidir. Və təbii ki, indiki hakimiyyətin problemin həllində birbaşa yükümlü olan xarici siyasətimizi yönətənlər də eyni cavabdehliyi daşımaqdadır. Hanı bə Xarici İşlər Nazirliyimizin apardığı “uğurlu siyasət”!?..

 

Nədən Elmar Məmmədyarov komandası “sivil dünya”nı antiterror əməliyyatını aparmağın Azərbaycanın haqq işi olduğuna inandıra bilməyib? Hanı bə təqdim olunanlara inandığımız “Cənubi Qafqazın ən güclü ordusu”? Nədən Tonoyanın, Paşinyanın nazıyla oynayırıq? Ümid Partiyasının sədri dəyərli İqbal Ağazadə demişkən. “nədən bizim dədə-baba yurdumuzda tikilən evlər dərhal bombalanmır?”. Bəs nə oldu, cənab Zakir Həsənov? Vaxt var idi ki, “qırın bu oğraşları” deyə ultimativ çağırışlar edirdiniz, Tonoyanın Paşinyana dəstək verməsinə müqabil “İrəvanda onunla görüşəcəm” deyrdiniz...

 

Bütövlükdə Azərbaycanı kənardan seyr edəndə qəribə mənzərənin şahidi olursan – bu məmləkətdə autizm sindromlu uşaqlar kimi hərənin öz dünyası var. Azərbycan “müharibə şəraitində yaşayan ölkə”yə oxşamır. Autist məmləkətin autist övladlarına çevrilmişik. Bəlkə də bu, ondandır ki, AUTİZM VƏ DAUN SİNDROMU özünün yayılma arealına görə bu gün Azərbaycanı çənginə alıb. Mütəxəssislərin dediyinə görə Azərbaycan çox heyiflər olsun ki, dünya üzrə bu sahədə üçüncü yerdə qərarlaşıb. “Azərbaycanda hər 55 uşaqdan birinin autizm sindromu altında doğulması” deyəsən “boynuyoğun qağalar”ın heç vecinə də deyil. Lap Qarabağ problemi kimi. Dövlətin bütün strukturları ona sanki bir bəla kimi bəxş olunan balasının dərdləriylə baş-başa qalan ata-anaların ürək ağrıdan durumlarıyla oynayırlar. Autizm və daun sindromlu uşaqlar üçün dövlətin etməyə borclu olduğu vəzifələrin valideynin balasının yaşamı naminə min bir zillət hesabına cüzi bir hissəsini ödəməsi yetərli deyil. Və elə bununla da vəzifəsininin öhdəsindən gələ bilməyən, ya da vəzifəsindən sui-istifadə edən məmur özbaşınalığı vətəndaşda öz dövlətinə qarşı nifrət hissi formalaşdırır...

 

Eynən Qarabağ probleminə münasibət də həp böylə... Dövləti maraqların başında bu torpağa, bu yurda sahib çıxacaq insan faktoru dayanırsa və dayanır da, onda bütün kateqoriyadan olan problemlərdən, , autizm və digər sindromlardan, xəstəliklərdən əziyyət çəkən insanın dərdlərinə laqeyd yanaşmaq elə birbaşa dövlətçiliyimizə qarşı müxalifətdə olmaq deməkdir. Cənab səlahiyyət sahibləri, vətəndaşı yanlış müxalifətçiliyə sürükləməyin!.. Bəzən ehtiyac daxili qəzəbi partlayış həddinə yaxınlaşdıranda əlacsız insan quru təzəkləri belə toplamaq üçün nəyə desən gedir...

 

Lütfən daxili qəzəbinizi düşmənə qarşı yönləndirin, içimizdə düşmən axtarmayın. Onsuz da hər kəsin kimliyi bəlli bu millətə. Nicatımlz Vətəndaş Həmrəyliyindədir. Açılan sabaha, günə Ümidlə baxaq. Autizm sindromlu uşaqların tam şəkildə sosiallaşmaları , ictimai mühitə adaptasiya olunmaları üçün qonşu dövlətlərdə olduğu kimi dövlətlə cəmiyyətin bütün institutları necə əlbir və məqsədli şəkildə birgə fəaliyyət sərgiləyirlərsə, Qarabağ problemimizin həllində də iqtidarlı müxalifətli bir nöqtəyə zərbə endirməyi bacarmalıyıq...

 

Bilib demədiklərimizi də deməliyik ki, cəmiyyətimiz içindən saflaşsın, problemlərimizə münasibətdə özlərini məsum göstərənlərin fərdi keyfiyyətləri də cəmiyyətə bəlli olsun. Axı biz bütün qazancların fövqündə duran AZADLIQ eşqindən danışırıq. Lütfən Bizdən olmayanlar tək davranıb QƏLƏBƏ həsrətli bizləri öldürməyə çalışmayın. Azadlığımızın sınırlarını qoruyaq ki, dövlətimiz var olsun..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər