Prezidentlərin budəfəki görüşünün özü bir bəyanat idi

10:01 14-06-2023 | icon 828 | Siyasət
Prezidentlərin budəfəki görüşünün özü bir bəyanat idi

Fuad Əliyev: "Zəngəzur dəhlizinin açılması qərarında geriyə dönüş yoxdur"

 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri onu göstərdi ki, iki ölkə arasında əməkdaşlıq uğurla davam edir. Mənim fikrimcə qardaş Türkiyə ilə olan əməkdaşlıq sarsılmazdır”.

 

Versus.Az xəbər verir ki, bunu prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı açıqlamasında bildirib.

 

Prezidentlərin çıxışlarına diqqət çəkən Fuad Əliyevin sözlərinə görə, onlar öz çıxışlarında Şuşa Bəyannməsinin regionda sülh və sabitliyin təminatı olduğunu bir daha bəyan etmiş oldular:

 

"İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həm Şuşa Bəyannaməsi, həm də, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, Zəngəzur dəhlizinin açılması qeyd edilib. Bunu geopolitik və geoiqtisadi layihələrin reallaşdırılması diqtə edir”.

 

Fuad Əliyev Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də münasibət bildirdi:

 

“Prezidentin çıxışından da tam aydın görünür ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə qətiyyətli davranmaq niyyətindədir. Geriyə dönüş yoxdur. Türkiyə prezidenti də öz çıxışında bir daha Zəngəzur dəhlizi məsələsində Azərbaycana tam dəstəyini ifadə etdi”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı