"Ermənilər Azərbaycana qarşı Əli Kərimlidən istifadə edir"

16:24 01-09-2019 | icon 339 | Siyasət
"Ermənilər Azərbaycana qarşı Əli Kərimlidən istifadə edir"

"Mühacirətdə olan müxalifət açıq şəkildə erməni diasporasının təsiri altındadır”.

 

Versus.Az AzNews.az-a istinadla  xəbər verir ki, bunu açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

 

Partiya funksioneri bildirib ki, xaricdəki ünsürlərin maliyyələşməsi bilavasitə və ya dolayı yolla erməni lobbisinin əli ilə həyata keçirilir:

"Düşmən Ermənistanın bizə "nümunə” göstərilməsi təsadüfi deyil. Xaricdəki müxaliflərin aldığı qrantların qaynağı birbaşa ermənilərə gedib çıxır. Ona görə də hər fürsətdə Azərbaycanı qaralamağa çalışırlar. Daha sonra isə ermənilər həmin "azərbaycanlıların” uydurmalarını həm Ermənistanda, həm də xarici ölkələrdə tirajlayırlar. Xüsusi olaraq qabardırlar ki, guya xaricdə olan Azərbaycan vətəndaşları öz ölkələrindəki acınacaqlı durumu etiraf edirlər və s. Bunun təbliğatını apararaq beynəlxalq konfranslarda Azərbaycan əleyhinə materiallar yayırlar. Bunların hamısı sistemli şəkildə erməni lobbisi tərəfindən həyata keçirilir. Ermənilər xüsusən Əli Kərimlinin dövlətimizə qarşı apardığı kampaniyadan bəhrələnirlər".

N.Orduxanlının sözlərinə görə, məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmiz əleyhinə qarayaxma kampaniyası təşkil etməkdir:

 

"Ermənilər dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycan vətəndaşları öz ölkələrində rahat yaşaya bilmirlər. Belə olan halda ermənilər də Qarabağda, Azərbaycanın tərkibində yaşaya bilməzlər. Bu cür təxribat isə Ermənistanın və digər düşmən qüvvələrin maraqlarına xidmət edir. Ermənilərlə əlbir olanlar radikal müxalifətin nümayəndələridir. Baş nazirin müavini Əli Əhmədov da məhz onları nəzərdə tutur. Çünki dağıdıcı müxalifətin niyyəti hansı yolla olur-olsun hakimiyyətə yiyələnməkdir. Onlar öz məqsədlərinə çatmaq üçün indi də sosial şəbəkə üzərindən fəaliyyət göstərirlər. Lakin istəkləri heç zaman reallaşmayacaq”.

Xatırladaq ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov "Facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: "Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik”, "tərəqqidə olan”, "Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol