"AXCP hər iki media qurumunun daha da böyüməsində maraqlıdır"
Bu gün cebhe.info xəbər portalının yaranmasının, “Cümhuriyət” qəzetinin bərpasının isə 4 ili tamam olur.
Versus.Az-ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bu münasibətlə “Cümhuriyət” qəzetinin və Cebhe.info xəbər portalının kollektivini təbrik edib.
Təbrikdə deyilir:
“Saytın və qəzetin əzmkar və zəhmətkeş kollektivini ürəkdən təbrik edir və onlara daha böyük başarılar arzulayıram. Portalın direktoru və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanovun rəhbərliyi ilə kollektiv böyük uğurlara imza atıb. Bu gün onlar media məkanında öz sayılıb seçilən yerləri ilə fəxr edirlər və bizlər də onlatın bu fəxr hissini bölüşürük.
Doğrudan da, media bazarına girmək və özünə yer tutmaq hər kəsə nəsib olan bəxtəvərlik deyil. Amma, bu bəxtəvərlik əzmkar, çalışqan və dəyərli jurnalist kollektivinin səyləri ilə hasil olub.
Xoşbəxt o sayt və qəzetdir ki, onun xüsusi, istisna təşkil edən və nadir oxucuları var. O, oxucular ki, xüsusi məlumatları ancaq və ancaq səndən gözləyir, bəzi məlumatları səndə izləyirlər.
Cebhe.info və “Cümhuriyət” belə media qurumlarıdır. Bu uğur və nailiyyət həm də səmimiyyət üzərində qurulan dostluğun bir nəticəsidir”.
R.Nurullayev bildirib ki, AXCP hər iki media qurumunun daha da böyüməsində maraqlıdır:
“Hər iki media qurumu Elçibəyçilik üzərində siyasət quran partiyaya daima informasiya dəstəyi verib və Azərbaycanda yeni nəsil siyasətçilərin və siyasətin formalaşmasında əməyini əsirgəməyib. Bu fakt özü-özlüyündə həm də bizlərin ideoloji və siyasi baxışlarımızın bir-birinə yaxın olmasıdır. Sizlər media qurumu olaraq müstəqil fikir və düşüncəyə, media siyasətinə maliksiniz.
Bununla bərabər, sizlər həm də Azərbaycanda yeni demokratiyanın formalaşmasında atdığımız addımlara damcı-damcı töhfələr verməkdəsiniz. Bu xidmətinizi də nə xalq, nə də Azərbaycan unudacaq.
Sizləri bir daha ürəkdən təbrik edir və daha böyük nailiyyətlər arzulayıram”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...