Əli Əliyev də AXH-dən çıxdı

14:57 02-09-2019 | icon 469 | Siyasət
Əli Əliyev də AXH-dən çıxdı

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib.

 

VİP mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

 

Versus.Az xəbər verir ki, çıxışında ölkədə yaranmış vəziyyəti geniş təhlil edən VİP sədri Əli Əliyev hakimiyyətin ümummilli problemlərin həlli və siyasi açılım istiqamətində hər hansı ciddi addım atmağa meyllənmədiyini vurğulayıb. O, belə bir şəraitdə VİP-in və digər real müxalifət qüvvələrinin xalqı səfərbər etmək istiqamətində fəallığının artırılmasına ehtiyac olduğunun vurğulayıb.

 

Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb.

 

Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkən Əli Əliyev VİP nümayəndə heyətinin Türkiyəyə nəzərdə tutulan səfəri haqqında məlumat verib. O, partiyanın Bakıdakı diplomatik korpusla təmaslarının da artırıldığını qeyd edib.

 

Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər. Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı