Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən bədii axşam

13:22 03-09-2019 | icon 419 | Mədəniyyət
Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən bədii axşam

Sentyabrın 2-də Vyanada keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycana həsr olunan bədii axşam təşkil edilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib.

 

Azərbaycanın həm müasir incəsənət, həm də ənənəvi-milli incəsənət nümunələri bədii axşamın proqramına daxil edilib.

Tədbirin həmtəşkilatçısı Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) rəhbəri Yosipa Palaç uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təşəkkür edib, beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun inkişafı üçün keçirdiyi layihələrə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.

 

Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “LOST LAND” videoinstallasiyası təqdim olunub. Çörək, onun Azərbaycan cəmiyyətində qəbul olunan simvolik və məcazi xüsusiyyətləri, eləcə də insanın çörəyi itirməklə qarşılaşdığı fəlakətli vəziyyətin əks olunduğu görüntülər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan “Bir günəş altında” sənədli filmi nümayiş edilib.

Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “Ağ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub. Rəqqasların ifası tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatı tərəfindən keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi sentyabrın 6-dək davam edəcək.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol