"Parçalanmanı Razi Nurullayev deyil, məhz Əli Kərimli etdi"

15:16 03-09-2019 | icon 781 | Siyasət
"Parçalanmanı Razi Nurullayev deyil, məhz Əli Kərimli etdi"

"Razi bəy ömrünün bütün zamanında, lap gənc vaxtlarından demokratiyanın, söz azadlığının, müstəqil Azərbaycanın yanında durub. O, Xalq Cəbhəsinin inkişafında, onun beynəlxalq aləmdə siyasi kursunun inkişafında əlindən gələni əsirgəməyib".

 

Bu sözləri müxalifətdaxili ziddiyyətlərdən danışan AXH üzvü Həsən Həsənovun parçalanmalar prosesində əsas iştirakçı kimi Razi Nurullayevin adını hallandırması ilə bağlı Versus.Az-a açıqlamasında AXCP Ali Məclisin sədri Rafiq Daşdəmirli deyib:

 

R.Daşdəmirli qeyd edib ki, sonradan partiyada fikir ayrılıqları, demokratik imic günü-gündən pisləşdiyi üçün partiyanı parçalamadan, partiyanın əksər üzvləri ilə birlikdə AXCP-nin özü olaraq qalıblar:

 

"AXH üzvü Həsən Həsənov dediklərinə düzəliş etsə daha yaxşı olar. Çünki hər halda özü də bilməmiş deyil ki, parçalanmanı Razi Nurullayev deyil, məhz əks qütbün funksioneri etdi.

O ki, qaldı Əbülfəz bəyin məzarını ziyarət etməsinə, əvvəla onu deyim ki, bu, Razi bəyin haqqıdır. Əbülfəz bəy partiyanın sədri olub, Razi bəy də partiyasının mərhum sədrinin məzarını ziyarət edib. Mirmahmud bəylə ziyarət etməsi isə daha münasibdir. Hər ikisi partiya sədridir, hər ikisinin birlikdə ziyarət etməsi daha münasibdir".

 

R.Daşdəmirli vurğuladı ki, Elçibəy ideyaları uğrunda mübarizə aparan iki partiya sədrinin ziyarətinə kölgə salmaq, niyyətin xoş məramlı olmamasından gələn haqsızlıqdır:

 

"Həsən bəy ölkənin hazırki durumunda birləşmədən danışsaydı daha yaxşı olardı, nəin ki parçalanmadan. Qarabağ torpaqlarının inildədiyi, gəncliyin çörək dalınca ölkədən baş götürüb getdiyi, insanların çörək tapa bilmədiyindən ən son intihara əl atdığını görsün. Bunlara rəğmən ayrılmalardan deyil, birləşmədən, daha çox partiyaların birliyindən danışsın. Birləşib bu ölkədəki problemlərdən çıxış yollarını aramaqdan danışsın".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür