713 nömrəli hərbi hissənin Vəng və Arutunaqamer ŞƏHİDLƏRİ

22:15 03-09-2019 | icon 118 | Qarabağ
713 nömrəli hərbi hissənin Vəng və Arutunaqamer ŞƏHİDLƏRİ

Şəhid ruhlarına qarşı biganəlik birbaşa dövlətçiliyimizi hədəf götürən amildir

 

1988-ci ildən etibarən açıq müstəvidə həyata keçirilməyə başlayan erməni təcavüzünün zamanın sonrakı mərhələlərində daha aqressiv formada davam etməsində bu oyuncaq dövlətə forpost kimi baxan Rusiyanın da iştirakçı qismində çıxış etməsi heç kimə sirr deyil.

 

Azərbaycan türkünün gözünü qorxutmaq üçün rus imperialistlərinin 1990-cı ilin Qanlı Yanvar gecəsində həyata keçirdikləri qətliam, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törətdikləri Xocalı soyqırımı həmin məkrli planın tərkib hissəsi olub. Azərbaycanda o dönəmdə "rus ayısına" xidmət edən "beşinci kalon"un fəaliyyətinin çox güclü olması, ölkə daxilində hakimiyyət uğrunda gedən daxili mübarizə, hərbi və siyasi rəhbərlikdə yol verilən nöqsanlar çox təəssüf ki, sonrakı dövrlərdə də ayrı-ayrı rayonlarımızın işğal olunmasıyla nəticələndi...

 

Vətənin bu dar günündə onu ana bilib harayına səs verən könüllü hərbi birləşmələr itirə biləcəkləri hər şeyi göz önünə alaraq düşməni durdurmaq üçün qanlı savaşa atıldılar.

 

Qarabağ müharibəsinin tarixində ən aktiv faza başladı. Bu müharibənin aktiv fazasında döyüşə atılanlar sırasında o zaman yeni yaradılan daha çox “Laçın batalyonu” kimi tanınan 713 nömrəli hərbi hissə də var idi. Bu hərbi hissənin az müddət ərzində Laçının 42 kəndini erməni işğalçılarından təmizləməsi bütün Ermənistanı silkələmiş, Ermənistan silahlı qüvvələrinə daxil olan ən peşəkar döyüşçülərin Kasparyanın rəhbərliyi altında Hoçaza yönləndirilməsinə səbəb olmuşdu.

O zaman qərargahı Laçının Pircahan kəndində olan mayor Süleyman Əhmədovun komandiri olduğu 713 nömrəli hərbi hissənin ərənləri Kasparyanları özlərinin qan çanağında boğacaq döyüşə hazırlaşırdılar. Bu hərbi hissənin çevik taktiki addımları və hərbi şücaəti sayəsində düşmənin iki batalyonu Hoçazdağda məhv edilmiş, Kasparyanın özü isə susadığı qan çanağında boğulmuşdur.

 

Sonradan bu hərbi hissənin qəhrəmanlığı hər kəsin diqqətini cəlb etmiş, Ağdərə uğrunda gedən döyüşlərə də 713 nömrəli hərbi hissənin ərənlərinin cəlb edilməsi məqbul sayılıb. Bu ərənlər Ağdərəyə gedər-getməz, həmin rayonun 2 kəndini erməni işğalçılarından dərhal təmizləmişdi. Amma nə yazıq ki, o qanlı döyüşlərdə itkilərimiz də az olmayıb. Qurd ürəkli Oğlanlar gözlərini belə qırpmadan sinələrini Vətən torpağı yolunda sipər ediblər.

 

İsti avqust günlərinin o qanlı döyüşlərində canını fəda edənlər sırasında QULİYEV XASAY, MEHDİYEV SOLTAN, QƏZƏNFƏR KƏLBƏCƏRLİ, QULİYEV VAQİF, ASLANOV NƏSİMİ, ƏLİYEV TEYMUR, HƏSƏNOV ƏFİLAĞA, NOVRUZOV RƏMZİ də olub.

Bu adların hər biri Bütöv Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılasıdır. Amma nə yazıq ki, nəinki bu adlar, heç həmin qəhrəmanların xidmət etdikləri 713 nömrəli hərbi hissənin öz adı belə Ağdərənin işğaldan azad edilməsi uğrunda iştirak edən könüllü hərbi birləşmələri siyahısında deyil.

Şübhəsiz ki, bütün bunlar bir məkrli siyasətin və bu hərbi hissəyə münasibətdə qərəzli yanaşmanın nəticəsi olaraq ortaya çıxıb.

 

İstər Rəhim Qazıyevin, istərsə də Səfər Əbiyevin müdafiə naziri olduqları dönəmlərdə 713 nömrəli hərbi hissəyə qarşı sanki hansısa gizli bir qüvvə əgər belə demək mümkünsə, onların qəhrəmanlıqlarını ört-basdır ediblər.

 

Xasayın, Soltanın, Nəsiminin, Qəzənfərin, Vaqifin, Teymurun, Əfilağanın, Rəmzinin Ruhu bu gün də nigarandı. Çünki onların canlarını fəda etdikləri yurd yerlərimiz hələ də düşmən tapdağı altındadır. 713 nömrəli hərbi hissənin igid döyüşçüləri də nigarandılar ki, bu Oğlanların hər biri bir “Milli Qəhrəman”dır, amma nə yazıq ki, aidiyyatı instansiyalar hələ də bu yöndə gərəkən materialları toplayıb tələb olunan orqana verməyiblər. Və bu işdə bütün tərəflər bir günahın içindədir.

 

Bu qəhrəmanların adlarının layiq olduqları səviyyədə əbədiləşdirilməməsi heç də o Şəhidlərə qarşı deyil, birbaşa dövlətçiliyimizə, dövlətçiliyimizə sevgi ruhunun yaşadılmasına qarşı atılan addımlardandır. Ən acınacaqlı hallardan biri də budur ki, hətta bu şəhidlərimizin adlarını daşıyan təhsil müəssisələri belə o qəhrəmanların olum və ölüm günlərini qeyd etmirlər.

Belə biganəlik şübhəsiz ki, yetişən nəslin düzgün tərbiyə edilməsində dağıdıcı bir amildir. Elə buna görə də biz bir millət olaraq belə dağıdıcı amilləri tez bir zamanda aradan qaldırmalı, dövlətçiliyimizin və millətçiliyimizin qorunub saxlanılması, Bütöv Azərbaycanımız naminə bütün gərəkən addımları atmalıyıq.

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”