VƏHŞƏT HİSSLƏRİ YAŞADAN “O-2”

10:42 04-09-2019 | icon 260 | Film
VƏHŞƏT HİSSLƏRİ YAŞADAN “O-2”

“Park Cinema Flame Towers”da çoxdan gözlənilən “O-2” filmi nümayişi baş tutdu...

 

Versus.Az xəbər verir ki, tamaşaçıya təqdim olunan bu film, Stiven Kinqin Pennivayz varlığı haqqında olan “O” qorxu filminin davamıdır.

 

Pennivayz, müxtəlif görkəmləri alan və uşaqları qətlə yetirən bir varlıqdır. Və bu varlıq hər zaman insanların qabağına kloun qiyafəsində çıxıaraq, daha da qorxunc bir vəziyyət yaradır. İkinci filmin hadisələri 27 ildən sonra baş verir.

 

Bill, Benn, Beverli və başqa “luzerlər” artıq böyüyüblər və müxtəlif şəhərlərdə özlərinə aid karyera qurublar. Lakin uşaqlıqda bir birlərinə söz verib və sözlərinin üstündə duran dostlar Maykın bir çağırışına bənd olaraq, yenidən Derridə görüşürlər. Məqsəd isə yenidən qayıtmış pislik yaradan varlığı yox etməkdir. “O”, yenə də bu dostların pisliyinə səbəb olan bir dəhşətə çevrilir. Bu, hamıda vəhşət yaradan rəqs edən kloun Pennivayzdır.

 

Rollarda Bill Skarsqard, Jessika Çesteyn, Jeyden Martell, Jek Dilan Qreyzer, Jey Rayan, Jeremi Rey Teylor, Uayt Oleff, Jekson Robert Skott, Çouzen Jeykobs, Jeyms MakEvoy, Kavye Dolan və başqaları... Filmin rejissoru Andres Muskettidir.

 

Qorxu filmlərinin pərəstişkarları Filmi setyabrın 5-n şəhərin bütün kinoteatrlarında izləyə bilərlər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Sabaha olan HAVA PROQNOZU