İnternet niyə bahadır?

15:51 04-09-2019 | icon 137 | İqtisadiyyat
İnternet niyə bahadır?

Azərbaycanda İnternet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Baktelecom”, “Aztelekom”, “Azeurotel” , AzDataCom, Azercell ) nəzarət edir.

 

Bu barədə məlumat verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu qurumların satdığı İnternet kifayət qədər bahadır: “Məsələn,

 

10 manat – 1 mb/s Aztelekom - ADSL

30 manat - 5 mb/s -Aztelekom – ADSL

30 manat - 6 mb/s -Baktelecom – ADSL

18 manat, 20 mb/s, Baktelecom -OPTİK

80 manat , 100 mb/s, Baktelecom, OPTİK

Müqayisə üçün :

Ukrayna

6 manat, ADSL+, 20 mb/s

(8 manat, optik internet, 100 mb/s , Ukrtelekom)

Qazaxıstan

15 manat, ADSL 4 mb/s +aylıq tel.+aylıq mobilə zənglər .

( 30 manat , optik internet, 200 mb/s, Kaztelekom)

Rusiya (Moskva)

15 - 20 manat, optik, 150 – 500 mb/s (Rostelekom)

Gürcustan

30 manat, 50 mb/s ( Magticom)”.

 

Mütəxəssis bildirir ki, NRYTN haqsız rəqabət aparır:

“Artıq Antiinhisar dövlət qurumu da artıq bu barədə qərar qəbul edib.

Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provayderləri isə bu resurslardan sərbəst istifadə edirlər. Bundan əlavə, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri “DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot etdilər”.

 

O.Gündüzün sözlərinə görə, müşahidələr və monitorinqlər göstərir ki, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar:

“Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui-istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir. İnternetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün nə etməli? Əvvəla, qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki, qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər.


Sürətli internet xidməti üçün dövlət rabitə resurslarından istifadə ilə bağlı müəyyən olunan tariflər endirilməlidir. İkincisi, NRYTN-nin haqsız rəqabətinə son qoyulmalı, Antiinhisar dövlət qurumunun qərarı icra olunmalıdır. Özəl İSP-lərə şərait yaradılmalıdır, Kabel-kanal sistemindən istifadə Qaydaları hazırlanmalıdır. Üçüncüsü, Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidrilər, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır. Dördüncüsü, dövlət provayderləri özəlləşdirilməlidir. Beşincisi, hökumət sektroda rəqabətli mühitin formalaşması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulanları tezliklə həyata keçirməlidir. Regionlarda sürətli internetin inkişafı üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Nəhayət, altıncısı, müqavilədə göstərilən sürəti verməməyə görə, "çəkidə aldatma" ilə bağlı sərt tədbirlər görülməlidir”. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"

Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA:

Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi