Türk Şurasının Bakı zirvə görüşünə hazırlıq müzakirə edilib

18:26 04-09-2019 | icon 351 | Siyasət
Türk Şurasının Bakı zirvə görüşünə hazırlıq müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hal-hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib.

 

Nazir ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü bildirib.

 

Öz tərəfindən B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

 

Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.



Görüşün sonunda E.Məmmədyarov Türk Şurasının Baş katibi B.Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol