"Həmin sabiq deputatlar nədənsə bu gün aktiv görünmürlər"

14:26 05-09-2019 | icon 373 | Siyasət
"Həmin sabiq deputatlar nədənsə bu gün aktiv görünmürlər"

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Vaxtın daralmasına baxmayaraq, nədənsə, ölkədə seçki əhval-ruhiyyəsi nəzərə çarpmır. Bütün sivil cəmiyyətlərdə seçki xalqın öz müqəddaratını təyinetmə üsulu hesab olunur, seçki mədəniyyəti və bu mədəniyyətin cəmiyyətdə formalaşması aktual mövzu olaraq qalmaqdadır.

 

Ümid Partiyasının Humanitar məsələlər üzrə sədrin müşaviri Mehriban Sadıqova məsələylə bağlı Versus.Az-a açıqlamasında bildirdi ki, cəmiyyətin hər bir üzvü bu prosesdə yaxından iştirak etməli, "qurulmuş ssenari"nin deyil, reallığın qələbə çalması üçün çalışmalıdır:

 

"Qardaş Türkiyə siyasi sisteminə nəzər yetirək: əhalinin əksər hissəsi seçkilərdə iştirak edir və öz "səs"ini müdafiə etməyi bacarır.

1995-2010-cu illərdə Azərbaycan parlamentində yer alan bəzi müxalifət partiyaları, liderləri, funksionerləri nədənsə indi seçkilərdə iştirak etməyin əleyhinə çıxırlar. Soruşmaq lazımdır, həmin sabiq deputatlar niyə bu gün aktiv görünmürlər.

"Seçki Məcəlləsində ciddi islahatlar aparılmadan....", "ölkəmizdə demokratik seçki mühiti yaradılmadan....", "Əliyev hakimiyyəti dönəmində seçkilərdə uğur qazanmaq mümkün deyil" kimi fikir və iddiaları kənara atmaq, əksinə, seçkilərdə iştirak edərək, qanunsuzluqların qarşısını almaq üçün mübarizə aparmaq, ədalətin bərpasına çalışmaq lazımdır.

"Arxa qapılar"dan "səs yığmamaq", "vicdanlı" təhsil işçilərinin, ziyalıların "əllərinin çirkaba batmaması", sonradan" vicdan "hissinin baş qaldırıb "əzab" verməməsi üçün seçkilərdə iştirak edək. Axı, bu Vətən hamımızındır - mənim, sənin, onların..."

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI